Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub.
Qeyd edək ki, Tamara Nurəliyeva 14.07.1981-ci ildə Bakı şəhərində anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.
2008-2009-cu illərdə “A-Qroup Sığorta şirkəti” QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub.
2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb.
2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini vəzifəsinə təyin olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2022, 23:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər