Loboda hansı ölkədə yaşadığını açıqladı
Ukraynanın Əməkdar artisti Svetlana Loboda hazırda Latviyada yaşadığını açıqlayıb.
Bu barədə o, RUS TVNET-ə müsahibəsində danışıb.
Müğənni qeyd edib ki, səhnə məşqlərini Riqada keçirir və yeni musiqiçi komandası var: “Avropa və Amerikada baş tutacaq konsertlərimə aktiv hazırlıq gedir”.
O, konsertlərdən əldə edəcəyi gəlirin bir qismini doğma İrpen şəhərinə kömək və dəstək məqsədilə “DUSHA” fonduna köçürəcək.
Riqadakı həyatından danışan Loboda bunları qeyd edib: “Buradakı təbiət çox xoşuma gəlir, axşamlar sahildə gəzməyi, xüsusilə də gün batımını seyr etməyi sevirəm. Bu, həmişə sakitləşdirir və fikirləri qaydaya salır. Burada çox sakit və xoş, işində rahat və peşəkar insanlar var. Bu mənim üçün çox dəyərlidir”.
Xatırladaq ki, Ukraynada başlayan müharibədən sonra S. Loboda uzun illər yaşadığı və çalışdığı Rusiyadan köçmüşdü. Onun ailəsi ilə Avropada yaşadığı məlum olsa da, müğənni dəqiq hansı ölkədə yaşadığını açıqlamırdı.
Qeyd edək ki, S. Loboda və müharibəyə qarşı çıxmış bir çox ukrayanlı ulduzlara Rusiya ərazisinə giriş yaxın 50 il ərzində qadağan olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2022, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər