reklam
Regionxeberlericom.az » Cəmiyyət » REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

reklam

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...














Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin və qurumun Bakı Şəhər Reklam İdarəsinin yarıtmaz fəaliyyəti və özünə yaxın sahibkarları himayə etməsi barədə yazı dərc etmişdik. Yazıda Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsində yerləşən “Şəfa” balıq evinə agentlik tərəfindən xüsusi imtiyazlar tanınması və bu sahibkarlıq subyektinin qonşuluğundakı “Şəfalı su” artroloji mərkəzinin hüqularının tapdanmasından söhbət gedirdi.

Xatırladaq ki, hər iki obyektin bir ortaq girişi var. 8 ildir “Şəfa” balıq evi özünün böyük ölçülü reklam lövhəsini şərikli yolun üzərinə vurub və qarşı tərəfin - “Şəfalı su” artroloji mərkəzin rəsmi etirazlarına, çoxsaylı müraciətlərinə baxmayaraq, Bakı Şəhər Reklam İdarəsinin rəhbərliyi bu qanunsuzluğu aradan qaldırmayıb, belə görünür ki, indidən sonra da qaldırmaq fikrində deyil.














Artroloji mərkəzin sahibi Rəcəb Abbasovun Dövlət Reklam Agentliyinin rəhbərliyinə rəsmi müraciətlərinə isə bir qayda olaraq başdansovdu cavablar verilib və bildirilib ki, hər iki tərəfin razılığı ilə ortaq girişin üzərinə reklam lövhələri vurula bilər. Lakin R.Abbasov Agentliyə cavab məktublarında açıq şəkildə buna razılıq vermədiyini dəflərlə bildirib. Buna baxmayaraq, Agentlik sahibkarın mövqeyini və hüquqlarını nəzərə almayaraq, “Şəfa” balıq evinə himayədarlıq etməkdə və reklam lövhəsini həmin yerdə saxlamaqda davam edir. Təqdim olunan sənəd-sübutlar ondan xəbər verir ki, “Şəfa” balıq evinin böyük ölçülü reklam lövhəsi 8 ildir bu yolun üzərində dursa da, son vaxtlara qədər həmin reklamdan dövlətin xəzinəsinə bir qəpik də ödənməyib və o, yalnız bu yaxınlarda, yəni “Şəfalı su” artroloji mərkəzi şikayət etdikdən sonra rəsmiyyətə salınıb. Bu illər ərzində “Şəfa” balıq evinin ödədiyi qeyri-rəsmi vəsaitlərin kimlərin cibinə getdiyini isə təsəvvür etmək çətin deyil...

“AzPolitika.info”-da artroloji mərkəzin sahibi Rəcəb Abbasovun şikayəti dərc olunandan sonra Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən sahibkara 19 iyul tarixli daha bir məktub göndərilib - yenə “köhnə hamam, köhnə tas!”. Agentlik yenə zərrə qədər qızarmadan iddia edir ki, balıq evinin ümumi girişin üzərindəki reklam lövhəsi həmin sahənin yalnız yarısını əhatə edir və qalan hissəyə də artroloji mərkəz öz reklamını vura bilər. Artroloji mərkəzin sahibi Rəcəb Abbasovun əvvəlki şikayətilərinə Reklam Agentliyi tərəfindən ünvanlanmış cavab məktubunda “Əsas girişin hər iki tərəfə məxsus olduğunu nəzərə alaraq həmin girişdə reklam daşıyıcısının yerləşdirilməsi yalnız hər iki tərəfin qarşılıqlı razılığı olarsa, icazə verilə bilər” bildirilmişdir. Artroloji mərkəzin sahibi Rəcəb Abbasov əsas girişin hər iki tərəfə məxsus olduğunu, bu səbəbdən də əsas girişdə heç bir reklam daşıyıcısının yerləşdirliməsinə razılıq vermədiyi barədə öz etirazını yazılı şəkildə Agentliyə bildirmişdir. O, qeyd etmişdir ki, hər iki tərəfə məxsus olan girişin üzərindəki “Şəfa” balıq evi tərəfindən quraşdırılmış reklam daşıyıcı sökülməlidir. Çünki həmin reklam daşıyıcısının yerləşdiyi girişin arxasında iki obyekt (Şəfalı su” artroloji mərkəz və“Şəfa” balıq evi) yerləşir və bu lövhə ona aid olan “Şəfalı su” artroloji mərkəzin “Şəfa” balıq evinə məxsus olması mənasını verir. Bu isə “Reklam haqqında” AR Qanunun tələblərinə ziddir və “Şəfalı su” artroloji mərkəzin hüquqlarının pozulması deməkdir”. Həmiçinin öz etiraz məktubunda qeyd etmişdir ki, hər iki tərəfin ümumi girişi olan əsas girişdən sonra hər iki obyektin ayrıca girişləri vardır ki, reklam daşıyıcısını hər bir tərəf əsas girişdən sonra öz şəxsi girişlərinə və ya ümumi girişdən 10-15 metr aralı yerləşdirilməsinin tərəfdarıdır.

















Göründüyü kimi, Dövlət Reklam Agentliyinin rəhbərliyi ya yarıtmazlıqdan, bacarıqsızlıqdan, ya da hansısa korrupsiya maraqlarından buna göz yumur və qarşı tərəfin qanuni haqqını təmin etməyərək, balıq evinə himayədarlıq edir. Görünür, ötən 8 ilin təcrübəsi yeni rəhbərlik dövründə də “uğurla” davam etdirilir. Əvvəlki yazıda da qeyd etdiyimiz kimi, istisna deyil ki, bu dövr ərzində balıq evinin sahibi olan “Fəxrəddin-K” MMC ilə Reklam Agentliyinin hansısa yülksək çinli məmuru arasında sövdələşmə, yaxud hətta şəriklik olub və hazırda da bu sahibkarlıq subyekti həmin agentlik tərəfindən himayə olunur. Əks halda bu açıq, gözlə görünən qanunsuzluğu aradan qaldırmaq üçün Agentliyə mane olan heç nə yoxdur! Elə artroloji mərkəzin rəhbərliyi də görünür bu səbəbdən balıq evi ilə “bacarmayan” agentlik rəhbərliyinə ümumiyyətlə giriş qapısına reklam vurulmasına razı olmadığını bildirib və heç bir subyektin oraya reklam vurmamasını tələb edib. Agentlik özü də cavab məktublarının birində ümumi giriş qapısına reklamın yalnız tərəflərin razılığı əsasında vurula biləcəyini qeyd edib. Məntiqlə və qanunla tərflərin biri razı deyilsə, deməli reklam ümumiyyətlə vurulmamalıdır. Ancaq göründüyü kimi, Agentlik yenə saxta bəhanələrlə balıq evinin ümumi girişdəki lövhənin üzərinə reklam vurmasına “yaşıl işıq” yandırır və açıq-aşkar qanunsuzluq, özbaşınalıq edir, sahibkarlıq subyektinin hüquqlarını kobud şəkildə pozur.

Belə görünür ki, bu ölkədə gömrük, vergi, icra hakimiyyəti, hüquq-mühafizə orqanları səviyyəsində sahibkarlara qarşı qanunsuzluqların qarşısının alınması istiqamətində işlər aparılsa da, bunların Reklam Agentliyinə aidiyyatı və bu quruma “gözün üstə qaşın var” deyən yoxdur.

Redaksiyamıza müraciət edən artroloji mərkəzin rəhbərliyi bir daha öz qanuni hüquqlarından istifadə edərək, Agentlikdən ümumiyyətlə, iki müəssisəyə aid olan əsas giriş qapısından “Fəxrəddin-k” MMC-yə aid bütün reklam daşıyıcılarının sökülməsini və ortaq girişə reklam vurulmamasını tələb edir. Əgər Agentlik rəhbərliyi ilə “Fəxrəddin-K” MMC arasında ya sövdələşmə, ya da şəriklik yoxdursa, bu qanuni tələb dərhal yerinə yetirilməlidir. Əks halda, belə çıxır ki, Reklam Agentliyi ölkəni dərəbəylik sayır, özünü isə bütün qanunlardan və dövlət orqanlarından üstün tutur...




Paylaş:


Müəllif : Tarix:
5-08-2022, 15:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər