"Nazirlik qarşısında aksiya keçirən şəxs müharibə iştirakçısı deyil"
“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qurum rəsmisi qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib.
"Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.
Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2022, 20:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər