reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xaçmazın Çaykənarı kənd orta məktəbinin direktor əvəzi və direktor müavini işdən çıxarıldı

reklam

Xaçmazın Çaykənarı kənd orta məktəbinin direktor əvəzi və direktor müavini işdən çıxarıldı















Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib.

APA-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparılıb.

"Monitorinq zamanı məktəbin direktor əvəzi və təşkilati işlər üzrə direktor müavininin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb. Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib. 2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar. Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər" - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin iyun ayında Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində bir neçə müəllimin, eyni zamanda Rəvanə Məmmədovanın heç bir səbəb göstərmədən bir neçə gün işdə olmadıqları aşkarlanıb və onların həmin günlərə olan əməkhaqları dayandırılıb.





Paylaş:


Müəllif : Tarix:
6-08-2022, 23:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər