reklam
Regionxeberlericom.az » Cəmiyyət » Darya Aslamova Kosovada casus kimi saxlanıldı

reklam

Darya Aslamova Kosovada casus kimi saxlanıldı
















“Komsomolskaya Pravda”nın müxbiri Darya Aslamova casusluqda ittiham edilərək Kosovada saxlanılıb.

Kosovanın ABŞ-dakı keçmiş səfiri Vlora Çitaku feysbuk səhifəsində rus jurnalistin saxlanılması ilə bağlı bunları yazıb: 

“Darya Aslamova bu gün Serbiyadan Kosovoya keçmək istəyərkən saxlanılıb. O, Putinin tərəfdarı və rus təbliğatçısıdır. Onun "səyahətinin" məqsədini anlamaq üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur. Aslamova hazırda Kosovo hakimiyyətinin nəzarətindədir”. 

Qeyd edək ki, Aslamovanın saxlanılması ilə bağlı ilk məlumatı Kosovo Daxili İşlər Nazirliyinin rəhbəri Celal Sveçliya öz feysbuk hesabında yazıb. O bildirib ki, artıq bir neçə ölkə Darya Aslamovanın jurnalist adı altında Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini sübut edib. Nazir onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyini yazıb. Sveçliya əlavə edib ki, Aslamovanın artıq bir neçə ölkəyə girişinə qadağa qoyulub. 

Xatırladaq ki, Darya Aslamova ötən il ermənilərin Qarabağdan köçünə dair “Komsomolskaya pravda”da dərc edilmiş səs-küylü reportajı ilə də tanınır. 




Paylaş:


Müəllif : Tarix:
7-08-2022, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər