Azərbaycanda yarım milyonluq yanğın - İcra başçısından açıqlama
Bərdə Rayon İcra Hakimiyyətin başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev yanğın baş verən ərazidə
olub.
V.Qarayevlə yanaşı, rayon hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların rəhbərləri gecə saatlarında yanğının baş verdiyi Üzeyir Hacıbəyov küçəsindəki “Köhnə bazar” adlanan ərazidə olublar.
İcra başçısının müavini hazırda faktla bağlı araşdırma aparıldığını deyib:
"İlk növbədə yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.
V.Qarayev qeyd edib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.
İş adamlarına bildirilib ki, rayon Fövqəladə hallar komissiyası yanında xüsusi qrup yaradılıb. Qrup hadisənin səbəblərini və dəymiş ziyanı araşdırır.
Qeyd edək ki, umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.
Yanğın nəticəsində sahibkarlara təxminən 500 min manatadək ziyan dəydiyi bildirilir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisəyə səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-07-2019, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-07-2019, 17:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB