reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir" - Ceyhun Bayramov

reklam

"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir" - Ceyhun Bayramov

















“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngitməsinin şahid oluruq”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.

“Müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan normallaşma prosesinə xələl gətirmək düzgün yanaşma deyil. Bu, heç kimin, xüsusilə Ermənistanın marağında deyil. Ermənistanın, nəhayət, bunu anlayacağına ümid edirik. Bu məsələlər zaman-zaman müzakirə olunur. Elə məqamlar var ki, onlar ictimailəşdirilmir. Amma Azərbaycanın mövqeyi Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan razılaşmaların tam icrasından ibarətdir. Biz həm də işğala son qoyulduqdan sonra sülh müqaviləsinə başlamağı təklif etmişdik. Bunu açıq şəkildə bəyan etməklə öz mövqeyimizi ortaya qoymuşduq. Azərbaycanın çağırışı bir il müddətində cavabsız qaldı. 2022-ci ilin əvvəlindən Azərbaycan gələcək sülh sazişi ilə bağlı təməl prinsiplərini ortaya qoydu. Sonra isə bunları Ermənistana təklif etdik. Həmin sənəddə göstərilən bütün maddələr beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə uyğundur”, - o bildirib.

C.Bayramov vurğulayıb ki, rəsmi İrəvan bu təklifləri ritorik olaraq qəbul etdiyini bildirib: “Lakin praktik olaraq ləngimələr, sülh müqaviləsi üzrə işçi qrupun yaradılmasından yayınmalar var. Biz bütün öhdəliklərimizə hörmətlə yanaşırıq, qarşı tərəfdən də bunu gözləyirik”.




Paylaş:


Müəllif : Tarix:
9-08-2022, 17:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər