"Keçmiş sevgilim məni şantaj etdi, videoları ailəmə göndərdi" - MƏHKƏMƏ İŞİ
Yasamal Rayon Məhkəməsində keçmiş sevgilisinin ona qarşı böhtan atdığını və şantaj etdiyini iddia edən şəxsin şikayətinə baxılıb.
RegionXəbərləricom.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, E.Abbasov (ad-soyad şərtidir) uzun müddət yaxın münasibətdə olduğu Z.Quluzadənin (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.
O şikayətində bildirib ki, Z.Quluzadə ilə bir neçə il bundan əvvəl tanış olub. Münasibətləri zamanı heç bir neqativ hal olmayıb. 2019-cu ildə E.Abbasovun həyatı yoldaşı onların münasibəti haqqında xəbər tutub. Nəticədə E.Abbasov Z.Quluzadə ilə olan münasibətinə son qoymaq məcburiyyətində qalıb.
Şikayətçinin sözlərinə görə, ayrıldıqdan bir müddət sonra Z.Quluzadə E.Abbasovla olan münasibətinə dair fotoları "WhatsApp" statusunda paylaşıb. Həmçinin, videoları E.Abbasovun həyat yoldaşına göndərib. E.Abbasov onu şantaj edən şəxsin həbs olunmasını tələb edib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən iclasda Z.Quluzadə şikayətin əsassız olduğunu bildirib.
Məhkəmə isə şikayətlə əlaqədar cinayət işinin başlanmasını rədd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-08-2022, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər