reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Universitetlərə qəbul olmaq asan, lakin bitirmək çətin olmalıdır" - Ekspert danışır

reklam

"Universitetlərə qəbul olmaq asan, lakin bitirmək çətin olmalıdır" - Ekspert danışır


Dövlət İmtahan Mərkəzinin tələbə qəbulu üzrə keçirdiyi imtahanların builki nəticələrini əvvəlki illərlə müqayisə etdikdə yüksək bal toplayan abituriyentlərin sayının aşağı düşdüyünü görürük. Durumu Yenisabah.az-a şərh edən professor Şahlar Əsgərov deyib ki, abituriyentlərin yüksək nəticə əldə etməsi üçün təhsil sistemində bir sıra dəyişiklər edilməlidir:


“Mən az qala 30 il olur ki, bu sözü deyirəm – universitetlər giriş qapısını açmalı, çıxış qapısını bağlamalıdır.


Bu nə deməkdir? Sözümü anlamayanlar üçün açıqlamasını verim. Belə ki, universitetlərə qəbul olmaq asan, lakin bitirmək çətin olmalıdır. Yəni universitet tələbəni həkim olmaq istəyirsə savadlı həkim, hüquqşünas olmaq istəyirsə bütün qayda-qanunu bilən, alacağı diploma layiqli biri kimi yetişdirməlidir.


Azərbaycanda hal-hazırda universitetə qəbul olmaq çətindir. Övladı tələbə adını qazanmış valideyn o qədər sevinir ki, hətta bütün qohum-əqrəbanı yığıb qonaqlıq verir. Biz erməni uşaqlarını oxutmuruq ki?.. Hər birisi öz torpağımızın, Azərbaycanımızın övladlarıdır və onların hər birini çalışdığımız qədər savadlı kadr kimi yetişdirməliyik.


Onları universitetə giriş üçün imtahan etmək lazım deyil, dörd ilin sonunda diplom ala bilmələri üçün imtahan etmək lazımdır ki, alacaqları diploma layiqdirlər, ya yox?! Çox qısa bir araşdırma etsək görərik ki, azərbaycanlı minlərlə tələbə universitetə qəbul olmaq və oxumaq rahat olduğu üçün xarici ölkə universitetlərinə üz tutur.


Biz universitetə qəbul çətin olduğu üçün Azərbaycanın gələcəyinə böyük töhfələr verə biləcək çox qiymətli kadrları itiririk. Onların çox hissəsi Türkiyə və Rusiya universitetlərində təhsil alır.


Fikrimcə dövlət bir sıra islahatlar aparmalı və tələbələrin qayğısı üçün bir sıra işlər görməlidir. Biz öz əlimizlə “gümüş qabda” övladlarımızı Avropaya hədiyyə edirik”.


Ş.Əsgərov Elm və Təhsil Nazirliyinə bir sıra suallar da ünvanlayıb: “Pedaqoji universiteti bitirmiş tələbəni müəllim olaraq işə götürmək üçün axı niyə yenidən imtahan edirsiniz? Pedaqoji Universitet dövlətindir də, niyə axı tələbəni ikinci dəfə imtahan edirsiniz? Elə təhsil verin ki, tələbə universiteti bitirdikdən sonra işə qəbul olub işləyə bilsin, yenidən imtahan olunmasın.


Fikrimcə təhsil sistemində dəyişiklik olsa, Rusiyadan və digər xarici ölkələrdən olan həmyerlilərimiz öz universitetlərimizə üz tutar”.





Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 14:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər