reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Aşurada ərəblər Bakıda keflənib “Tarqovı”da meymunluq edirlər, bu nə deməkdir?”

reklam

“Aşurada ərəblər Bakıda keflənib “Tarqovı”da meymunluq edirlər, bu nə deməkdir?”















“Aşura gününün keçirilməsinə niyə etiraz edirlər? Ordan-burdan gəlib bakılılara “leksiya” oxuyurlar. Bu nə deməkdir?”

Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev Aşura gününün keçirilməsi ilə bağlı danışarkən deyib. İfaçı bildirib ki, illərdir bu gün Bakıda keçirilir və ənənələri dəyişməyə çalışmaq düzgün deyil:

“Bakılılar həmişə qətl günü Aşuranı ediblər, bu məgər gizlindir? Mən də bakılıyam, amma nə olsun, ən əsası azərbaycanlıyam. Aşura gününü Qarabağda da, Naxçıvanda da ediblər. Bir-iki bölgəmiz olub ki, orada bu gün keçirilməyib. Türkiyənin özündə də Aşuranı edirlər. İranlılar da edir, amma onlar nə etsə də onlarla bir yerdə deyilik, çünki öz xislətlərini göstərdilər. Söhbət molla rejimli farslardan gedir. Bilirsiniz, mən düşünürəm ki, xalqın uzun illərdən bəri qoyduğu yazılmamış qayda-qanunlar, ənənələr var, onlara qarşı çıxmaq olmaz. Sovet vaxtı Novruz bayramını keçirməyə qoymurdular, amma o vaxt biz indikindən də yaxşı bayramı keçirirdik”.

Ə.Mirəliyev hətta Sovet dövründə də Aşura mərasiminin keçirildiyini xatırlayıb:

“Sovet rejimi vaxtında uşaqları məscidlərə qoymurdular, biz də məscidin yanında qalırdıq, həmişə damdan tullanıb girirdik məscidin həyətinə. Həmin dövrdə qətl günü orada sinə vururdular, insanlar zəncirlə kürəklərinə vurub qan içində olurdular. Bunlar Sovetin ən sərt dövründə olurdu, bağlı qapılar arxasında da olsa, Aşuranı keçirirdilər. 

Özü də o vaxt indikindən qat-qat yaxşı keçirilirdi. Kişilər “Fəryad o zamandan ki, Şamə üsəra gəldi”, “Ya Hüseyn!”  deyib sinə vururdular. Öz gözümlə bunları görmüşəm, həmin vaxt 12-13 yaşım vardı, hər il Aşura günü bunlar olurdu. İndikindən çox yaxşı keçirilirdi. İndi gəlmələr çoxdur, ordan-burdan gəliblər, rayonlar bomboşdur. Gəlmələrin arasında razılaşanlar da var, razılaşmayanlar da. Heç bilinmir camaat nə istəyir, birlik yoxdur”.

Ə.Mirəliyevin sözlərinə görə, hazırda insanlar sanki Aşuranı keçirməyə qorxurlar:

“Biz belə deyildik, nə oldu bu millətə?  Çox qəribə vəziyyətdəyik, sanki qorxu canımıza işləyib. Ucqar rayonlardan Bakıya gəliblər, elə bil başqa planetdən gəliblər. Bu azərbaycanlıları mən tanımıram. Ancaq sosial şəbəkələrdə gic-gic şeylər yazırlar. Ərəblər Bakıda kef edirlər, “Tarqovı”da oynayıb, meymunluq edirlər, bu nə deməkdir? Ayılın da, ay bədbəxtlər! Axı mən tək adam hamıya necə məsləhət verim? Mən də sizin kimi insanam, nə olsun bakılıyam? İndi Bakı var ki? Bakıdan əsər qalmayıb, dağıdıb hər yeri ediblər “navastroyka”. 

İnsanlar özləri başa düşməlidir. 

Əgər qorxa-qorxa Bakıda Aşuranı qeyd edəcəksinizsə, etməyin! Edəcəksinizsə, ağıllı-başlı, o vaxtkı kimi məscidlərdə sinə vura-vura edin. O vaxt özlərinə zənciri elə vururdular ki, bədənləri al qan içində olurdu, başları yarılırdı. Mən bunları gözümlə görmüşəm, hər şeyi ürəklə edirdilər. İndi bunlar yoxdur. Edəcəksinizsə, o cür edin, yalandan xala-xətrin qalmasın deyə edirsinizsə, təpənizə dəysin! 

Hüseyn bizim imamımızdır, peyğəmbərin nəvəsidir, Əlinin oğludur. Biz həmişə Allah Məhəmməd, Ya Əli demişik. O vaxt Ərəbistanda bunu deyəndə mənə dedilər ki, “Əli no!”, qoymurdular onun adını çəkməyə. Amma etiraz edib “Ya Əli!” deyirdim. Biz şiəyik. Mən özüm seyidəm, bunu necə dana bilərəm? Naxçıvan, Qarabağ zonasında, Bakının kəndlərində camaat şiə olub. İstəmirəm məzhəblərə bölüm, mən yaşda kişiyə bu yaraşmaz, amma seçim olmalıdır. Peyğəmbərə hörmətimiz varsa, bu olmalıdır, amma qayda-qanunla. Yalandan, şəkil çəkdirmək, özünü sosial şəbəkələrdə reklam etmək xatirinə Aşura gününü qeyd etmək olmaz. Üç gün matəmdir, Aşuradır, hətta bu günlərdən sonra 40 gün də yas tuturuq”.




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 14:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər