reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazpəri: “Cangüdənlər elə bilib ki, mənə xəsarət yetirmək istəyir“

reklam

Nazpəri: “Cangüdənlər elə bilib ki, mənə xəsarət yetirmək istəyir“















Xalq artisti Nazpəri Dostəliyevanın efirdə etdiyi etirafı müzakirələrə səbəb olub.

ATV telekanalında yayımlanan "Günün sədası” verlişinin qonağı olan sənətçi şəxsi həyatından danışıb.

Müğənni bildirib ki, "Nə olar, Allahım" mahnısının klipində çəkilən Ramiz bəyə “sevgilim” deyə müraciət edir:

"Onu deyə bilərəm ki, "Nə olar, Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik. O, mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm.

Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Özümə qarşı bu qədər sevgi - xalq sevgisi məgər qarşılıqsızdır? Onda mən nankor olaram ki…

Hər konsertimdə bu sevgini görmüşəm, bir dəfə konsert zamanı bir pərəstişkarım səhnəyə qaçıb, məni qucaqlamaq istəyib, cangüdənlər təşvişə düşüb onu uzaqlaşdırıblar, elə biliblər ki, mənə xəsarət yetirmək istəyir. Həmin anda oğlanın ürəyi gedib. Hər konsertdə qapıda təcili yardım maşınları dayanırdı".

Həmin görüntüləri təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 17:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər