reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənilərin Laçında tikdiyi kilsə məscidə çevriləcək?

reklam

Ermənilərin Laçında tikdiyi kilsə məscidə çevriləcək?















Qarabağdakı işğalçı administrasiya Birinci Qarabağ Müharibəsindən (1991-1994-cü illər) sonra Laçın şəhəri və ermənilərin məskunlaşdığı üç kənd daxil olmaqla, Laçın rayonunu avqustun 23-dək azad etmək niyyətində olduğunu bəyan edib. 

Bu ərazidə qədim xristian ibadətgahları və işğal illərində tikilmiş yeni kilsələr var. İşğal zamanı Cəbrayıl rayonunda erməni xeyriyyəçinin vəsaiti hesabına erməni hərbçilər üçün tikilmiş bir ibadət evi rayon azad edildikdən sonra 2021-ci ildə azərbaycanlı inşaatçılar tərəfindən tamamilə sökülüb. İndi Yerevan mətbuatı yazır ki, guya “Azərbaycan Berdzordakı (ermənilər Laçının adını  belə dəyişdirdilər-Red.)Surb Ambarsum kilsəsini məscidə çevirmək üçün layihə hazırlayıb”.

Laçın rayonunda yeni tikilən erməni kilsələri və digər ibadət yerlərilə bağlı necə hərəkət etmək lazımdır?

10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən, Qarabağ və Ermənistan arasındakı Laçın dəhlizi avqustun 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Rayonun erməni əhalisi Azərbaycan tərəfdən onları heç kim məcbur etməsə də, oranı tərk edib Ermənistana və ya Azərbaycan Respublikası Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarına köçmək istəyirlər.

İşğal illərində Laçın rayonu Suriya və Ermənistandan gələn erməni köçkünlərlə məskunlaşdırılıb. 1998-ci ildə “Tufenkyan” Fondunun (ABŞ) vəsaiti hesabına orada Surb Ambarsum erməni kilsəsi tikilib ki, bu da indi sosial şəbəkələrdə gedən mübahisələrə səbəb olub. Sual yaranıb: bu kilsə ilə nə etmək lazımdır?

Mübahisəçilərin güman etdiyi kimi, orta əsr kilsələrilə vəziyyət aydındır. Çox güman ki, onlar alban kilsələridir və Azərbaycan irsinin bir hissəsidir. Amma 1998-ci ildə ucaldılan kilsə tamamilə erməni kilsəsidir  və Ermənistanın Azərbaycan üzərində qələbəsinin şərəfinə ucaldılıb.

Bu kilsənin gələcək taleyilə bağlı fikirlər müxtəlifdir: bəziləri hesab edirlər ki, hətta kilsənin Azərbaycan ərazisində qanunsuz olaraq, Azərbaycan Respublikasının müvafiq orqanlarının icazəsi olmadan ucaldılmasını nəzərə alsaq da, onu dağıtmaq lazım deyil. Bu fikrin tərəfdarlarının arqumenti sadədir: vandallar kimi olmaq olmaz. İşğal illərində azərbaycanlıların çoxsaylı qəbiristanlıqları və dini müsəlman tikililəri dağıdılıb, qalanları isə qəsdən murdarlanaraq donuzxanaya çevrilib. Vurğulayıram: qəsdən! Bundan əlavə, Laçında dini obyektin sökülməsinə qarşı çıxanlar hesab edirlər ki, “kilsələrlə savaşmaq” olmaz, çünki istənilən dini obyekt - məscid, kilsə, sinaqoq və s. - bu, Allahın evidir və mömin burada Uca Yaradanla ünsiyyətdə olur.

Onların opponenlərinin mövqeyi birmənalıdır: onlar bizim məscidlərimizi dağıdıblar, bu o deməkdir ki, biz də onlarınkını məhv etməliyik – qana qan. Bu, əlbəttə ki, mübahisəli arqumentasiya tərəfdən ən sadə həlldir.

Fikrimcə, dünyaya bizim kim olduğumuzu və onların kim olduğunu göstərmək üçün növbəti səbəbimiz var. Erməni təbliğatı xalqımızı insanlıqdan çıxarmaq illərdir ki, əlindən gələni edir. Onlar deyidilər: Azərbaycanlıların heç nəyi yoxdur - nə öz musiqisi, nə mətbəxi, nə də, ümumiyyətlə, mədəniyyəti. “Qədim və sivil” erməni xalqının əziyyət çəkdiyi, öz mehribanlığına görə özünün mədəni nailiyyətlərini “köçərilərlə” bölüşdüyü hansısa “yarıvəhşi xalqdır”.

Mən bu cür fikirlərin mütləq yalan və primitivliyilə bağlı mülahizələrə varmaq fikrində deyiləm. Bu, məlumdur. Qeyd edək ki, müvəqqəti yerli administrasiya Laçını tərk edən erməni köçkünlərin son 20-25 ildə yaşadıqları evləri yandırmasını qəti şəkildə qadağan edib. Bu 1992-ci ilin yazında qovulmuş azərbaycanlıların evləridir.

Bu cür tələblər ona görə yaranmayıb ki, müvəqqəti köçkünlərin əhval-ruhiyyəsində dəyişikliklər baş verib, əksinə, ermənilərin Azərbaycan evlərini və bağlarını “özəlləşdirdikləri” Kəlbəcər rayonundan 2020-ci ilin dekabrında çıxarkən etdikləri kimi, onlar da heç nəyi saxlamamağa, hər şeyi yandırmağa söz veriblər.

O zaman humanitar mülahizələrdən Azərbaycan tərəfi onlara toplanmaq üçün əlavə vaxt verib. Amma onlar ayrılmış vaxtdan istifadə edərək evləri, ictimai infrastrukturu dağıdıblar, bağları və meşələri qırıblar, çıxara bilmədikləri mal-qaranı tələf ediblər. Həmçinin mina basdırmaq üçün istifadə ediblər ki, indiyədək Azərbaycan hərbçiləri və mülki şəxslər həmin minalara düşərək həlak olur.  Bütün dünya bunu gördü və bir daha düşündü ki, xatırlatmağı çox sevən “qədim mədəniyyət” həqiqətən mövcud olubmu, yoxsa bu,  dünyanın 2020-ci ilin dekabrında Kəlbəcərdə gördüyü kimi idi. Ermənistan hakimiyyəti belə qədimliyin təkrar təsdiqinə yol verə bilməzdi.

İndi müzakirəyə qatılan azərbaycanlıların bəziləri “sökmək”, “dağıtmaq”, “yerlə bir etmək” tələblərilə çıxış edirlər... Yəni, sosial şəbəkələrin müəyyən seqmentində bunu etmək üçün kifayət qədər səs-küylü çağırış var, bizim haqlı olaraq barbar adlandırdıqlarımızın müsəlmanların ibadət yerlərilə bağlı törətdiklərini etməyə çağırışlar yer alır. 

Onlara üz tutaraq demək istəyirəm: sadə həqiqəti anlayın, düşmənlərimiz bizdən belə bir addım gözləyirlər, bizi insanlıqdan çıxarmaqda davam etmək üçün belə “hədiyyə” arzulayırlar.

Onlar onsuz da bunu edəcəklər, amma niyə əllərinə bəhanə verirsiniz? Hətta bu müraciətlərin özündən artıq bizə qarşı fəal şəkildə istifadə olunur. Dağıtmaqda israrlı olanlardan isə xahiş edirəm, özünüzə sual verin: siz məscidləri dağıdanlardan nə ilə fərqlənirsiniz?

Biz hamımız onları törərdikləri  əməllərə görə səciyyələndirərək, haqlı olaraq qəzəbləndik və indi də özümüz buna çağırırıq? Bəs biz onlardan nə ilə fərqlənəcəyik? Bakının mərkəzində erməni kilsəsi var. O, dəqiq alban kilsəsi deyil. Nə üçün sökülən məscidlərin qisasını almaq üçün onun sökülməsini təklif etmirlər?

Müharibə zamanı Şuşanın mərkəzində yerləşən erməni kilsəsinə raket düşüb və günbəzə cüzi ziyan dəyib. Hazırda Azərbaycan raketinin təsadüfən düşüb-düşmədiyini müəyyən etmək çətindir. Şuşada ilk erməni zəng qülləsi XIX əsrin ortalarında, şəhərdə rus qarnizonunun olmasından və şəhərin ermənilər tərəfindən kütləvi məskunlaşmasınasın başlanıldıqdan 50 il sonra yaranıb.

Kilsənin  tikintisinin başlanğıc tarixi 1868-ci ildir. Müharibənin qələbə ilə başa çatmasından iki ay sonra, 2021-ci ilin yanvarında kilsədə təmir-bərpa işlərinə başlanılıb. Eşitdim ki, məbədin Azərbaycan Pravoslav Kilsəsinin idarəçiliyinə verilməsi nəzərdə tutulur. Ermənistanda bununla bağlı artıq isteriya başlayıb.

Azərbaycan hakimiyyətinin qərarların qəbulunda anlıq emosiyalara qapılmaması və qonşulardan fərqli olaraq dini tikililəri dağıdıb təhqir etməməsi, bununla da belə sadə şəkildə kimin kim olduğunu bütün dünyaya nümayiş etdirməsi hörmətlə qarşılanır.

Laçındakı yeni kilsədən necə istifadə etmək olar? Alban-Udi Pravoslav Kilsəsi öz dəyərlərini və qanunlarını bu günə qədər daşıyan Alban Avtokefal Kilsəsinin qanuni tarixi varisidir.

Nə qədər ki erməni katolikosun çağırışı ilə ərəb silahlarının gücüylə Alban kilsəsi erməni kilsəsinin iyerarxiya tabeçiliyinə verilməyib, Laçındakı keçmiş erməni-monofizit kilsəsi orta əsrlərdə olduğu kimi, pravoslav kanonda ayinlərin keçirilməsi üçün keşişlərin idarəçiliyinə verilə bilər. 

Məsələn, Kəlbəcər rayonundakı Dadivank kilsəsinin Alban-Udi kilsəsinin idarəçiliyinə verilməsi nəzərdə tutulur. “İşğal olunmuş ərazilərdə dini tikililərin dağıdılması və təhqir edilməsi” şərti ad altında ekspozisiya təşkili üçün binadan istifadə etmək olar. Axı, bu, sadədir: bir şeydən öz maraqları üçün istifadə etmək, onu öz xeyrinə çevirmək və elə bu da özü-özlüyündə bunu tələb edir.




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 18:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər