reklam
Regionxeberlericom.az » Cəmiyyət » İstanbulda terrora hazırlaşan şəxslər həbs edildi

reklam

İstanbulda terrora hazırlaşan şəxslər həbs edildi
















PKK terror təşkilatının liderlərindən Murat Karayılanın göstərişi ilə İrandan Türkiyəyə keçən və İstanbulda terror aktına hazırlaşan Mehdi Mıhçı həbs edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial media hesabında məlumat verib:

“PKK-nın “xüsusi təyinatlılarının” üzvü Murat Karayılanın göstərişi ilə İran üzərindən Türkiyəyə keçən, terrorçulara partlayışlarla bağlı təlim keçən, Seydo Botan Gever kod adlı terrorçu Mehdi Mıhçı İstanbulda keçirilən uğurlu əməliyyatla saxlanılıb”.

Mıhçı ilə bərabər daha 3 terrorçu saxlanılıb. Onlardan silah, saxta şəxsiyyət vəsiqələri və rəqəmsal materiallar müsadirə edilib. 

Qeyd edək ki, Mehdi Mıhçının Kandil bölgəsində Türkiyə Silahlı Qüvvələrinin mənsublarının keçid zonalarına minalar qoyduğu, keçmişdə bir çox təşkilat üzvünü Türkiyəyə hərəkətə keçmək üçün göndərən qrup daxilində fəaliyyət göstərdiyi müəyyən edilib.




Paylaş:


Müəllif : Tarix:
11-08-2022, 23:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər