Mərkəzi Bankda yeni komitə quruldu
Azərbaycan Mərkəzi Bankının sturukturunda daha bir dəyişiklik olub.
İki komitə - Pul Siyasəti və Maliyyə Sabitliyi komitələri birləşdirilərək yenidən təşkil edilib.
Bildirilib ki, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir.
Qeyd edək ki, bundan əvvəl AMB-dən bir sıra struktur dəyişiklikləri edilib və kadr təyinatları olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2022, 18:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər