reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Avqustun 19-da Zabuxdakı ermənilərin suyu, 20-də isə işığı kəsiləcək…” - “Azadlıq”

reklam

“Avqustun 19-da Zabuxdakı ermənilərin suyu, 20-də isə işığı kəsiləcək…” - “Azadlıq”















İndiyə qədər heç bir erməni Laçın və Zabuxdan ayrılmayıb, amma çox vaxt yoxdur. 12 gündən sonra ermənilər Laçın dəhlizinin yaşayış məntəqələrini tərk etməlidirlər. Artıq Zabuxdakı ermənilərə avqustun 19-da suyun, avqustun 20-də isə işığın kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

ABŞ-ın “Azadlıq” radiosunun “Azatutyun”- erməni redaksiyasının reportajında belə deyilir.

Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsi  Xankəndindəki separatçı rejimin vəd etdiyi məbləği Laçın və Zabuxdakı haylara verib. Hər ailəyə 250.000 dram(təxm. 993 AZN), tənhalara  isə 125.000 dram(təxm.496 AZN) verilib. Bu məbləğ köçürülmə tədbirinin təşkili üçün nəzərdə tutulub.

“Burada daşınmaz əmlakı olan, lakin əslində burada yaşamayan adamlara, yəqin ki, biz onlara yalnız yanacaq verməklə kömək edəcəyik”, – deyə  qondarma "Kaşataq" administrasiyasının rəhbəri Muşeq Alaverdyan bildirib.

Onun sözlərinə görə, yaxın aylarda  köçkünlərin ailələrinə adambaşına 70 min dram(278 AZN) məbləğində yardım göstəriləcək.Hafta.az




Paylaş:


Müəllif : Tarix:
13-08-2022, 20:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər