“Taxılın qiyməti 12 ay qabaqkı qiymətdən 16-17 faiz daha yüksəkdir”
Məlum olduğu kimi, dünyada artıq bir neçə aydır ki, ərzaq məhsullarının qiyməti yüksəlir, ərzaq böhranı getdikcə dərinləşir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin gərgin olacağını açıqlamışdı.
“Qafqazinfo” xəbər verir ki, qlobal miqyasda əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, xüsusən də Rusiya ilə Ukrayna arasındakı müharibənin uzanması bir sıra ərzaq məhsullarının qiymətinin kəskin artmasına səbəb olub.
Məlumdur ki, Rusiya və Ukrayna dünyada ciddi payı olan taxıl istehsalçılarıdır. Buğdanın qlobal ixracının 29 faizi, qarğıdalı ixracının 19 faizi bu ölkələrin payına düşür. Ekspertlərin fikrincə, Rusiya və Ukraynanın kənd təsərrüfatı və ərzaq məhsulları üzrə istehsal və ixracında qeyri-sabitliyin yaranması, logistika şəbəkələrinin fəaliyyətində pozuntular dünyada müvafiq məhsulların qiymətinin bahalaşmasına səbəb olur, xüsusilə qlobal buğda bazarında vəziyyəti gərginləşdirir.
Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan edib. Məlumdur ki, Rusiya və Ukrayna dünyanın ən böyük ixracatçıları qrupuna daxildir. Onlar arasındakı münaqişə nəticəsində buğdanın ixrac qiymətləri qısa müddət ərzində 2022-ci ilin fevral ayındakı 320-340 ABŞ dolları/ton səviyyəsindən martın əvvəlində, xüsusilə də ABŞ birjalarında füçers müqavilələri üzrə 530-540 ABŞ dolları/ton səviyyəsinə qədər yüksəlib. Yeni məhsul mövsümünün başladığı dövrdə, yəni iyun ayında buğda qiymətləri hələ də 400-450 ABŞ dolları/ton civarında idi.
Kənd təsərrüfatı eksperti Xalid Kərimlinin sözlərinə görə, bu iki ölkə arasında müharibə logistika, daşımaçılığa böyük zərbə vurub: “Taxıl məhsullarının ixracında Rusiya 17-20 faizlə dünya birincisidir. Ukrayna isə 7-8 faizlə 5-ci yerdədir. Bu iki ölkə birlikdə dünya taxıl ixracının 25-30 faizinə sahiblik edirlər. Rusiya taxıl ixracını davam etdirir. Amma Qərb ölkələrinin Rusiya qarşı sanksiyaları var. Ona görə də logistik imkanlar, daşımaçılıq aşağı düşüb. Rusiyanın özünün də sanksiyaları mövcuddur. Nəticədə dünyanın böyük taxıl ixracatçısı ilə bir sıra ölkələr arasında ciddi gərginlik yaranıb. Ukraynanın taxıl ixracının dünya bazarına çıxılması, sahələrdən yığılması özü ciddi problemdir. Deyə bilərik ki, biz taxılı Qazaxıstandan alırıq, amma coğrafi baxımdann dünya taxıl bazarları bir-biri ilə əlaqəlidir. Nəticədə ümumi məhsulun qiyməti artır”.
Ekspert bildirib ki, Ukraynada müharibə getdiyinə görə, sahələrədən 25-30 faiz az məhsulun yığılacağı deyilir. Həmçinin bu məhsulun ixracında da problemlər var: “Bu məsələ Türkiyə və BMT-nin iştirakçılığı ilə iyul ayında bir qədər yumşaldı. Lakin hələ də 20 mln ton taxıl Odessada anbarlarda qalıb. Rusiya-Ukrayna müharisbəsi həmçinin enerji daşıyıcılarının qiymətini artırdı, daşımaçılığın maya dəyəri artdı. Rusiya və Belarus dünyada gübrənin 50 faizini ixrac edir. Rusiya Belarusu sıxışdıranda gübrənin qiyməti kəsin artdı, bu da kənd təsərrüfatı məhsullarının maya dəyərini artırdı. Üstəlik, Rusiya-Ukrayna müharibəsi ərzaq məhsullarının daşındığı Qara dənizin istifadəsini mümkünsüz edir. Daşınma marşrutları dəyişir, daşıma xərcləri artır”.
Mütəxəssis hesab edir ki, son aylar bir sıra müsbət meyllər də var. Ümumdünya Ərzaq Təşkilatının son aylar elan etdiyi statistika ondan ibarətdir ki, taxıl qiymətləri bir qədər ucuzlaşır. Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınması tək bir ayda dənli bitkilər bazarında qiymətləri 11,5 faiz aşağı salıb. Ümidlər yaranıb ki, taxıl yığımı fəslidir, məhsul yığımı var, qiymətlər öz yüksək dövrünü keçib. Lakin buna baxmayaraq taxılın qiyməti 12 ay qabaqkı qiymətdən 16-17 faiz daha yüksəkdir.
Bəs bu vəziyyət Azərbaycana necə təsir edəcək?
Bu vəziyyətin Azərbaycana təsirinə gəlincə isə, ölkəmiz qlobal ərzaq böhranının təsirlərini minimallaşdırmağa hazır olduğunu açıqlayıb. Azərbaycanda taxıl məhsulları istehsalı 1991-ci ildə 1346 min ton, o cümlədən buğda istehsalı 889 min ton olsa da, 2021-ci ildə taxıl məhsulları istehsalı 3363 min ton, buğda istehsalı isə 1885 min ton olub. Başqa sözlə desək bu müddətdə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Əgər SSRİ dövründə Azərbaycanın buğda ilə özünütəminetmə səviyyəsi 30 faiz idisə, hazırda bu göstərici 60 faiz təşkil edir.
Bir faktı da nəzərə alaq ki, ötən dövr ərzində əhalinin sayında ciddi artım olub. Son 3 ilin rəqəmlərinə nəzər salsaq aydın olur ki, ölkədə orta hesabla 600 min hektar sahədə buğda əkilir və bir hektardan orta məhsuldarlıq 31,6 sentnerdir. Yəni ölkədə 1,9 milyon ton buğda istehsal olunur.
Bununla yanaşı 1,3 milyon ton buğda idxal olunur. İdxal olunun buğda əsasən un emalı sənayesinin tələbatı üçün istifadə edilir. 2022-ci ilin yanvar-iyun aylarında 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda idxal olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana idxal olunun buğdanın həcmi 0,5 faiz azalıb dəyəri isə 40 faiz artıb. 2022-ci ilin iyul ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,5 manat təşkil edib.
Ekspert X. Kərimlinin sözlərinə görə, Azərbaycan 2020-21-illərdə çörək qiymətlərinin yüksəlməməsi üçün 2019-cu ildən tədbirlər görməyə başladı. Çörək, un məhsullarının idxalı ədv və rüsumlardan azad edildi. Bu sahədə un istehsalçılarına, dəyirmanlara qiymət bahalaşmasın deyə subsidiya verildi. 2022-ci ilin yanvar ayından bu prosesin müvəqqəti olmadığını görüb dövlət subsidiya mexanizmindən imtina etdi və qiymətlərin bahalaşmasına icazə verdi: “Yanvardan un məhsullarının qiyməti qalxdı. Un məhsulu istehsal edən dəyirmanlara, ərzaqlıq buğda idxal edən şəxslərə kommersiya kreditlərinin faizlərinə subsidiyalar verilir, faiz xərclərini dövlət qarşılayır. Ucuz, güzəştli kreditlər verilir ki, işlərini təşkil edə bilsinlər. Fevraldan İqtisadiyyat Nazirliyi taxıl ehtiyyatları üzərində nəzarəti formalaşdırıb, taxıl və buğda məhsullarının ölkədən çıxarılması nəzarət altına alınıb. Bu cür dəstək paketləri var, lakin subsidiya mexanizmi olmadığına görə dünyadakı qiymət artımlarını biz bazarda hiss etməliyik. Dəyişikliklər hələ bir neçə aydan sonra daha baha alınmış məhsullar bazara gəldikcə bizə təsir edə bilər. Ölkə başçısının verdiyi bəyanatdan aydın olur ki, Azərbaycan əsasən Rusiyadan idxalı davam etdirir, Rusiya öhdəliklərini icra edir. Ölkədə də yığım prosesi gedir. Ölkədə qıtlıq riski yoxdur, lakin qiymət dəyişikliklərinə ölkə bazarı həssasdır. Sahibkar baha alıblarsa, baha da satmalıdır”.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Rusiya ilə yanaşı Qazaxısandan da buğda idxalını həyata keçirib. Hazırda isə Azərbaycanda qlobal ərzaq böhranının təsirlərini minumallaşdırmaq istiqamətində də kompleks işlər davam etdirilir. Belə ki, strateji ərzaq məhsullarının ehtiyatları yaradılması istiqamətində iş aparılır, ərzaq buğda ilə özünütəminat səviyyəsinin 80 faizə çatdırılması üçün yeni subsidiya mexanizminin tətbiqinə başlanılır. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilir. Bu isə bir daha onu göstərir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi yönündə həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizi qlobal miqyasda yaşanan böhrandan qoruyur.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2022, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər