reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik edilib

reklam

Xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik edilib


















Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərardə dəyişiklik edib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı hissəsinin üçüncü abzasına əsasən xəstəlik vərəqəsinin yalnız tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlilliyi olan şəxs hesab etmək mümkün olmadıqda və onun əmək qabiliyyətinin itirilməsi davam etdiyi halda uzadılması nəzərdə tutulub.

Müvafiq komissiyalar tərəfindən göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildiyi halda isə xəstəlik vərəqələrinin uzadılması məsələsi Təlimatda tənzimlənməmişdir.

Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinin 319 №-li Qərarı ilə Təlimata əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsindən imtina olunduğu halda da xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik olunur.





Paylaş:


Müəllif : Tarix:
20-08-2022, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər