reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi

reklam

ABŞ Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi














“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”.

Bu sözləri  ABŞ Dövlət Departamentinin sözçüsü TURAN-ın ictimai fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla baglı sorğusuna cavab olaraq bildirib.

“Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.

Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq", - deyə sözçü qeyd edib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və “Facebook” sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar.

Həmin hadisədən sonra Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün rəsmi ərizə verib.

Qeyd edək ki, bundan əvvəl B. Hacıyev naməlum şəxslər tərəfindən oğurlanaraq şiddətə məruz buraxılmışdı.(Yeniavaz.com) 




Paylaş:


Müəllif : Tarix:
24-08-2022, 23:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər