reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Nar mobile" "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi

reklam

"Nar mobile" "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi


















Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC-nin ("Nar mobile")  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiası yenidən icraata götürülüb.

 “Azerfon”un “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı bu il 3 dəfə məhkəmə iclası baş tutub. Sonuncu – 02.06.2022-ci il tarixli iclasda ərizəyə baxış keçirilib və iş üzrə icraatın dayandırıldığı qeyd olunub. “Azerfon”un iddiası üzrə yeni məhkəmə iclası 21.09.2022-ci il tarixində  Bakı Kommersiya Məhkəməsində Kənan Hüseynovun sədrliyilə keçiriləcək.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı olduğu bildirilir.

Onu da bildirək ki, bu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Hazırda 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin dövlət büdcəsinə 248 min 421 manat 7 qəpik vergi borcu var.

“Xaliq Faiqoğlu” MMC-yə qarşı daha bir məhkəmə iddiasını ötən il Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC qaldırıb.





Paylaş:


Müəllif : Tarix:
25-08-2022, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər