"Siyavuş müəllim deyir ki, gül kimi Milli Məclisdə oturmuşuq da, imkan verin, 3 il də oturaq"
“Hörmətli Siyavuş müəllim deyir ki, erkən seçkilər ancaq böhran olan, bataqlıq içində çabalayan ölkələrdə baş verir. Elə onun öz məntiqi ilə belə çıxır ki, 2018-ci ildə erkən prezident, 2020-ci ildə vaxtından əvvəl parlament seçkiləri məmləkətdə ona görə baş verdi ki, ölkədə böhran var idi, Azərbaycan bataqlığın içində çabalayırdı – yaxşı, əgər Siyavuş müəllimin məntiqi doğrudursa, niyə YAP o zaman məmləkətin batdığını, böhran içində olduğumuzu, erkən seçkilərin məhz buna görə baş verdiyini açıqlamırdı, etiraf etmirdi?!”
Bunu feysbukda REAL partiyasının icra katibi Natiq Cəfərli, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən yazıb. O, deputatın sözügedən açıqlamasını da yazıya əlavə edərək bildirib:
“Hörmətli Siyavuş Novruzov müsahibə verib, erkən parlament seçkilərinə və referenduma qarşı çıxıb, sitat: “Parlamentlərin tez-tez buraxılması parlament tipli respubliklarda olur. Prezidentli respublikalarda bu hal çox nadir hallarda baş verir. Parlament tipli respublikalarda konstitusion hökumət yarana bilmir, hökumətdə böhran yaranır, bunun nəticəsində də hökumət istefaya göndərilir, bu halda parlament avtomatik buraxılır, yeni parlament seçilir, hökumət formalaşır. Azərbaycanda hökumət prezident tərəfindən formalaşır, parlament tərəfindən yox. Digər tərəfdən, ölkəmizdə hansısa böhran yoxdur, cənab Prezident ölkəni idarə edir. Həm beynəlxalq aləmdə, həm də ölkə daxilində Azərbaycan inkişaf edir. Bu gün heç yerdə Azərbaycandan nümunəvi ölkə yoxdur. Bütün ölkələr tədbirlərini Azərbaycana salırlar. Çünki stabil ölkədir, təhlükəsizdir, iqtisadi cəhətdən inkişaf edib, sosial problemlərin həll olunduğu ölkədir. Bizdə seçkilərə nə zərurət var? Zərurət o ölkədə olar ki, ölkə bataqlığın içində çabalayar, seçkilərə gedib çıxış yolu axtararlar. Düz yolun ortasında bunlar nə seçki axtarır, başım çıxmır”.
Yəni, hörmətli Siyavuş müəllim deyir ki, erkən seçkilər ancaq böhran olan, bataqlıq içində çabalayan ölkələrdə baş verir. Elə onun öz məntiqi ilə belə çıxır ki, 2018-ci ildə erkən prezident, 2020-ci ildə vaxtından əvvəl parlament seçkiləri məmləkətdə ona görə baş verdi ki, ölkədə böhran var idi, Azərbaycan bataqlığın içində çabalayırdı – yaxşı, əgər Siyavuş müəllimin məntiqi doğrudursa, niyə YAP o zaman məmləkətin batdığını, böhran içində olduğumuzu, erkən seçkilərin məhz buna görə baş verdiyini açıqlamırdı, etiraf etmirdi?!
Əslində isə Siyavuş müəllim deyir ki, oturmuşuq da, gül kimi Milli Məclisdi, imkan verin hələ 3 il də oturaq (işləyək yox ha, məhz oturaq), nədən erkən seçki məsələsini müzakirəyə açırıq ki?! Amma cənab Novruzov dərindən düşünsəydi özü bilərdi ki, əgər hər iki seçki zamanında olacaqsa, 2025- ci ilin martında Parlament, aprelində isə Prezident seçkiləri çox təhlükəli qrafikdir, çünki, Xənkəndi və ətrafında yerləşən “rusməramlı” qüvvələrin mandatı da məhz 2025-də bitir – seçki dönəmləri daha əvvəl olmalıdır ki, 2025-də “rusməramlıları” yola salmağa ölkənin siyasi sistemi tam hazır olsun, həm seçki dönəmləri, həm də onların ölkədən çıxarılması eyni zamanda baş versə, Kremlin müxtəlif növ müdaxilələrinə məmləkət açıq hala gələ bilər. Ona görə də, ilk olaraq referendum keçirilərək sistem dəyişməli, Parlamnet institutu güclənməlidir ki, sonra da yeni seçkilərlə, əsasən proporsional qaydada formalaşacaq Parlament daxili və xarici təzyiqlərdə sığorta rolunu oynaya bilsin - indiki sistemdə Milli Məclis bu rolu oynaya bilmir...”
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2022, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər