reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağla İrəvanı birləşdirəcək yeni yolun istiqaməti məlum oldu... - DETALLAR

reklam

Qarabağla İrəvanı birləşdirəcək yeni yolun istiqaməti məlum oldu... - DETALLAR

















RegionXəbərləricom.az moderator.az-a istinadla xəbər verir ki, Qarabağdakı qondarma qurumun "daxili işlər nazirliyi" Laçın dəhlizindən yan keçməklə Ermənistanla əlaqəni təmin edəcək yeni yolun istiqamətini açıqlayıb.

Bundan əvvəl bildirilmişdi ki, Qarabağı Ermənistanla birləşdirən dövlətlərarası avtomobil yolunun Şuşa-Laçın-Gorus hissəsi bu il avqustun 31-i daxil olmaqla fəaliyyət göstərəcək. Bu müddət ərzində Qarabağa daxil olan və Ermənistana gedən erməni vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin ediləcək.

“Avqustun 31-dən sonra Ermənistanla əlaqə yeni yol vasitəsilə, cənub istiqamətində həyata keçiriləcək”, - deyə qondarma qurumdan bildirilib.

Daha konkret və ətraflı məlumat daha sonra veriləcəyi də qeyd edilib.

Avqustun əvvəlində Xankəndindəki seperatçıların rəhbərliyi bəyan edib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları vasitəsilə Qarabağla Ermənistan arasında yeni marşrut üzrə əlaqənin təşkilini xahiş edib. Laçın dəhlizi ərazisində yerləşən Laçın, Zabux və Sus icmalarının sakinlərinə avqustun 25-dən sonra bu ərazidə Rusiya sülhməramlılarının olmayacağı, ona görə də evlərini tərk etmələrinin vacib olduğu bildirilib. Eyni zamanda onları evlərini yandırmamağa çağırıblar.




Paylaş:


Müəllif : Tarix:
29-08-2022, 09:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər