Pambığın alış qiyməti artırıldı – Arada yenə 5 dəfə fərq var...
Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul edib.
Məlumat üçün bildirək ki, hazırda xarici ölkələrə satılan pambıq lifinin gömrük dəyəri fermerlərdən alınan xam pampığın qiymətlə müqayisədə 5 dəfə yüksəkdir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 60 min 615 ton pambıq lifi ixrac edib. Xaricə satılan pambıq lifinin gömrük dəyəri 142 milyon 178,6 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambıq lifinin 1 tonunun gömrük dəyəri 2 345 dollar və ya mövcud məzənnə ilə hesablayanda 3 986 manat təşkil edib. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər isə 50 manatlıq artımdan sonra fermerlərdən pambığı 800 manata alacaqlar (1-ci növ). 1 ton xam pambıqdan təxminən 350 kq lif əldə olunur.
Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 tonununorta satış qiyməti 2 690 dollara (4 573 manat) bərabərdir.
Son 6 ildə 1 kq pambığın dünya bazarıdakı orta qiyməti, fermerlərdən alış qiyməti və ixrac olunan pambığı orta gömrük dəyəri aşağıdakı kimi olub:
İllər Fermerlərdən
alış qiyməti Gömrük
dəyəri Dünya bazarında
orta qiymət 2017 0,29 $ 1,37$ 1,62 $ 2018 0,35 $ 1,48 $ 1,82 $ 2019 0,38 $ 1,38 $ 1,48 $ 2020 0,38 $ 1,34 $ 1,4 $ 2021 0,41 $ 1,66 $ 2,1 $ 2022 - May 0,41 $ 2,28 $ 3,17 $ 2022 - Avqust 0,47 $ 2,34 $ 2,69 $
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2022, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul edib.
Məlumat üçün bildirək ki, hazırda xarici ölkələrə satılan pambıq lifinin gömrük dəyəri fermerlərdən alınan xam pampığın qiymətlə müqayisədə 5 dəfə yüksəkdir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 60 min 615 ton pambıq lifi ixrac edib. Xaricə satılan pambıq lifinin gömrük dəyəri 142 milyon 178,6 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambıq lifinin 1 tonunun gömrük dəyəri 2 345 dollar və ya mövcud məzənnə ilə hesablayanda 3 986 manat təşkil edib. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər isə 50 manatlıq artımdan sonra fermerlərdən pambığı 800 manata alacaqlar (1-ci növ). 1 ton xam pambıqdan təxminən 350 kq lif əldə olunur.
Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 tonununorta satış qiyməti 2 690 dollara (4 573 manat) bərabərdir.
Son 6 ildə 1 kq pambığın dünya bazarıdakı orta qiyməti, fermerlərdən alış qiyməti və ixrac olunan pambığı orta gömrük dəyəri aşağıdakı kimi olub:
İllər | Fermerlərdən alış qiyməti | Gömrük dəyəri | Dünya bazarında orta qiymət |
2017 | 0,29 $ | 1,37$ | 1,62 $ |
2018 | 0,35 $ | 1,48 $ | 1,82 $ |
2019 | 0,38 $ | 1,38 $ | 1,48 $ |
2020 | 0,38 $ | 1,34 $ | 1,4 $ |
2021 | 0,41 $ | 1,66 $ | 2,1 $ |
2022 - May | 0,41 $ | 2,28 $ | 3,17 $ |
2022 - Avqust | 0,47 $ | 2,34 $ | 2,69 $ |
Paylaş: