reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb

reklam

Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb
















İraqın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədr avqustun 29-u aclıq aksiyasına başladığını elan edib.

Bu barədə məlumatı “Al Sumaria” telekanalı yayıb.

Məlumata görə, əs-Sədr İraqdakı zorakılıq və silah tətbiqi dayandırılana qədər aclıq aksiyasını davam etdirəcək.

Xatırladaq ki, avqustun 29-u Bağdaddakı Respublika Sarayında Müqtəda əs-Sədrin tərəfdarları ilə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar baş verib. Belə ki, Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra onun yüzlərlə tərəfdarı Bağdadın “yaşıl zona”sına soxulub. Etirazçılar həmçinin İraq hökumətinin qərargahı olan Respublika Sarayına daxil olublar.

Bağdaddakı iğtişaşlar nəticəsində 30 nəfər həlak olub, azı 380 nəfər xəsarət alıb.

Qeyd edək ki, iyulun sonundan etibarən Bağdadda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları yenidən başlayıb. Avqustda isə əs-Sədr ölkənin məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bu təklifdən imtina edib.




Paylaş:


Müəllif : Tarix:
30-08-2022, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər