reklam
Regionxeberlericom.az » Cəmiyyət » "AZAL"ın dövlətə xəyanətdə ittiham olunan sabiq idarə rəisi azadlığa çıxdı

reklam

"AZAL"ın dövlətə xəyanətdə ittiham olunan sabiq idarə rəisi azadlığa çıxdı

















"AZAL" Dövlət Konserninin (“Azərbaycan Hava Yolları” QSC) Aviasiya Təhlükəsizliyi İdarəsinin 15 il azadlıqdan məhrum edilən sabiq rəisi azadlığa buraxılıb.

Bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov məlumat verib. O bildirib ki, “AZAL”ın Təhlükəsizlik İdarəsinin sabiq rəisi Emil Süleymanov bu gün 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, 2007-ci ilin 6 sentyabrında saxlanılan E. Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1-ci), dövlətə xəyanət (274-cü), vəzifə səlahiyyətlərini aşma (308-ci) ) maddələri ilə ittiham irəli sürülüb.

2008-ci ilin iyun ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əmlakı müsadirə olunmaqla, 15 il iş verilib. Süleymanov, həmçinin polkovnik rütbəsindən və 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilib.




Paylaş:


Müəllif : Tarix:
30-08-2022, 15:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər