Qorbaçov yaddaşlarda necə qaldı?
Xəbər verdiyimiz kimi, ötən gün SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qorbaçovun ölümü dünyada heç də birmənalı qarşılanmayıb. Belə ki, Qərb dünyası siyasətçinin ölümünü üzüntü ilə qarşılasa da, SSRİ-nin tərkibində olmuş ölkələr üçün eyni fikri deyə bilmərik.
Qərb mediası bu hadisəni dahi bir siyasətçinin dünyadan köçməsi kimi dəyərləndirib. Eyni zamanda güvənilən və hörmətli lider, azad Avropanın yolunu açan və Soyuq müharibəyə son qoymuş şəxs kimi xatırlayıb. Məşhurlar, dünya ulduzları Qorbaçovla çəkdirdikləri fotoları paylaşaraq izləyiciləri ilə ona dair xatirələrini bölüşüblər.
Sosial şəbəkələrin digər seqmentində isə Qorbaçov rəhbərlik etdiyi dövrə aid olan bir çox faciənin səbəbkarı kimi “yad edilib”. Azərbaycanlı tarixçi və jurnalistlərin əksəriyyəti isə onun yaddaşlarda xüsusilə 20 Yanvar faciəsinin əsas təşkilatşısı kimi qalacağını vurğulayıblar.
MDB məkanında isə bu xəbər az qala, sevinclə qarşılanıb. Bu da təsadüfü deyil. Çünki SSRİ-nin ilk və sonuncu Prezidenti ittifaqa üzv ölkələr – Azərbaycan, Gürcüstan və Litvada törədilən qırğınların əsas təşkilatçısı kimi qəbul olunur. Məhz bu qırğınlar zamanı hər üç ölkənin paytaxtında onlarla şəxs öz həyatını itirib, yüzlərlə şəxs yaralanmışdı.
Vilnüs - Yanvar hadisələri
1991-ci il yanvarın 11-dən 13-nə kimi sovet qoşunları Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişçilərə qarşı tədbirlər həyata keçirib. Baş verən hadisələr nəticəsində 13 nəfər həlak olub, 600-ə qədər insan isə yaralanıb.
Bu hadisə ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar Litva Baş Prokurorluğu Rusiya hökumətinə Mixail Qorbaçovu dindirmək tələbi ilə müraciət edib, lakin Rusiya hökuməti bu tələbdən imtina edib. Rusiya etirazını Avropa Şurasının “Cinayət işlərində qarşılıqlı yardım haqqında” konvensiyasının göstərişi ilə izah edib. Konvensiyaya əsasən, sifariş alan ölkənin suverenliyinə və təhlükəsizliyinə, ictimai asayişə və ya digər maraqlara zərər gətirə bilən yardım göstərilmir.
Gürcüstan - Qanlı bazar günü
1989-cu ilin aprelin 9-u Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı xalq üsyanı baş verib. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlayıb. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirilib.
Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olub, azı 100 nəfərə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.
Azərbaycan - Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-i Neftçalada və yanvarın 26-sı Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub.
Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürüb, bəzilərini isə öldürüblər.
Bu hadisələrin təşkilatçısının SSRİ dağılandan bəri – 31 il ərzində heç bir məhkəməyə cəlb olunmaması, cəzalanılmaması heç də birmənalı qarşılanmırdı. Əksinə Tbilisi və Bakıda baş tutan qətliamdan sonra ona hələ Nobel Sülh mükafatı da verdilər.
2005-ci ilin noyabrında Romada Nobel Sülh Mükafatı laureatlarının görüşü
Qorbaçova münasibət öz ölkəsində də heç birmənalı deyil. Əksəriyyət SSRİ-nin süqutuna məhz onun səbəb olduğunu bildirir. Hətta onun Qərb tərəfindən xüsusi olaraq yetişdirildiyi və vəzifəyə gətirildiyini iddia edənlər də az deyil.
İstənilən halda SSRİ-nin ən ziddiyyətli şəxslərindən birinin ölümü ilə böyük bir tarixi dönəm qapanır...
Paylaş:
Müəllif : Fuad
Tarix:31-08-2022, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər