"Bu hökumətdə işləyənlərin başı büdcəni oğurlamağa qarışıb"
“Deməli, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Azərbaycan Respublikası prezideninin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilib. Sərəncamının icrasının təmin edilməsi barədə 2 avqust 2022-ci il tarixində Nazirlər Kabineti də sərəncam verib. Bu sərəncamdan 16 gün sonra Nazirlər Kabineti 2022-ci il 2 avqust tarixli 453s nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında yenidən Sərəncam verib".
Bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.
“Diqqət edin, görün dəyişikliklər nədən ibarətdir.
Sərəncamın 2-ci və 3-cü hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;
2-ci hissəyə “ildə iki dəfə” sözlərindən sonra “hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq” sözləri əlavə edilsin;
3.1-ci bəndə “ildə iki dəfə” sözlərindən sonra “hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq” sözləri əlavə edilsin.
Deməli, Baş nazir Nazirlər Kabinetinə daxil olan strukturların səlahiyyətləri və fəaliyyətləri barədə məlumatlı deyil, 2 avqustda İqtisadiyyat Nazirliyinə tapşırdığı işi 18 avqustda iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə verib. Eyni zamanda 2 avqust Sərəncamında Strategiyanın icrası ilə bağlı ildə iki dəfə hesabat verilmədir yazandan sonra anlayıblar ki, belə hesabatlıq olmur, onun tarixləri də qeyd olunmalıdır və 18 avqustda Sərəncama dəyişiklik edilərək tarixlər də əlavə olunub.
Budur bizim acı reallığımız, belə hökumət olmaz, bunlar adi şeyləri bilmirlər, bu hökümətdə işləyən hər kəsin başı biznesinə, pul qazanmağa və büdcəni oğurlama qarışıb, ona görə də dövlət işini görə bilmirlər. Vay bizim halımıza, görün bizi kimlər idarə edir. Heç olmazsa özünüzə normal işçi götürün ki, 2 həftədən bir Sərəncamlara dəyişiklik edib, özünüzü biabır etməyəsiniz”, - deyə iqtisadçı vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-08-2022, 20:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər