"Şimali Koreyaya səfərimdə daha çox sərbəstlik vardı, nəinki Şuşa turunda..."
“Heç mübaliğəsiz deyirəm, 2018-ci ildə Şimali Koreyaya səfərimdə daha çox sərbəstlik vardı, nəinki Şuşa turunda”.
Bu sözləri ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilən müntəzəm avtobus səfərləri ilə Şuşaya səfər edən ictimai fəal Bəxtiyar Hacıyev yazıb. O bildirib ki, proses onda sanki başqa bir ölkəyə səfər edirmiş hissini yaradıb:
“6:30-da avtovağzaldan çıxan reysdən əvvəl tək-tək hamını siyahı ilə və şəxsiyyət vəsiqəsi ilə yoxladılar, avtobus yola düşdü. Avtobusda əslən Şuşadan olanlar siyahılaşdırıldı. Bunun səbəbini soruşanda dedilər ki, onlar tur zamanı sərbəst evlərinə gedib baxa bilərlər, digərləri isə yalnız marşrutda nəzərdə tutulmuş yerlərə getməlidirlər.
Füzulidəki ilk posta yaxınlaşdıqda avtobus səhər yeməyi fasiləsi üçün dayandı, bir polis əməkdaşı tək-tək şəxsiyyət vəsiqələrini alıb, portalda icazə olub-olmamasını yoxladı. Mən "bilet satan sistem zatən portala adları, ŞV məlumatlarını daxil edirsə, təkrar niyə yoxlanır?" soruşanda bildirildi ki, bəzən kimlərinsə vergi borcu, ödənməmiş məhkumluq, məhkəmə qərarı və s. ola bilir, axtarışda ola bilər və belə məsələlərə görə təkrar yoxlama aparılır. Əslən şuşalıların siyahıya alınması mənə Avropada hava limanlarındakı "EU", "Non-EU" məsələsini, məhkəmə qərarı və s. ilə ölkədən çıxanda Dövlət Sərhəd Xidmətinin yoxlaması və "müəllim, sizdə STOP var" deməsini xatırlatdı. Sanki, başqa bir ölkəyə gedirik hissi yaşatdı.
6 saat yarımlıq yoldan sonra Cıdır düzündə, düz yanındakı Vaqif Məqbərəsində olduq, sonra bizi İcra Hakimiyyətinin qarşısına gətirdilər, orada yan-yana dayanan Üzeyir Hacıbəyli, Natəvan, Bülbül büstlərini göstərdilər, sonra piyada düşərək Şuşa Qalasının Gəncə qapıları qarşısında adamlar fotosessiya etdi, bundan sonra “Qoçət”lə üz-üzə olan avtovağzala apardılar. Bununla da tur bitmiş sayıldı.
Fotosessiya zamanı yaxında açıq havada keçirilən, PA rəsmilərinin iştirak etdiyi, şəhid və qazi övladları üçün təşkil olunmuş tədbir yerinə yaxınlaşdım. Özəl sektordan, mediadan, ictimai şəxslərdən tanışlarla ayaqüstü salamlaşdıq, qısaca danışmağa başlamışdıq ki, avtobusdakı çox mədəni, nəzakətli polis yaxınlaşaraq turdan kənara çıxmamalı olduğumu dedi, birlikdə avtovağzala getdik.
Heç mübaliğəsiz deyirəm, 2018-ci ildə Şimali Koreyaya səfərimdə daha çox sərbəstlik vardı, nəinki Şuşa turunda. Şimali Koreyada 7 gündə 7 fərqli şəhər və rayonda olduq, səhərdən-axşama qədər hara getmək istədiksə, apardılar. Nəyi çəkmək istədiksə, çəkdik. Proqramdan kənar hara getməyi xahiş etdiksə, apardılar. Hətta Azərbaycandan göndərilmiş hədiyyəni görmək üçün Kim İr Senin başqa bir sarayını açdırdılar ki, narazı getməyim. Ancaq Şuşada bu dəfə nə qədər xahiş etsəm də, İsa bulağına gedə bilmədim, marşrutdan kənara çıxan kimi isə polis əməkdaşı gəldi, nəzakətlə tura geri qaytardı”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2022, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər