reklam
Regionxeberlericom.az » Cəmiyyət » Oğulları Britni ilə barışmaq istədi, o isə sərt cavab verdi

reklam

Oğulları Britni ilə barışmaq istədi, o isə sərt cavab verdi














Amerikalı müğənni Britni Spirsin oğulları – 16 yaşlı Preston və 15 yaşlı Ceyden onunla barışmaq istəyir.

Bu barədə “Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir.

Ceydenin sözlərinə görə, onlar analarına nifrət hissi duymurlar, amma barışmaq üçün çox vaxt və səy göstərmək lazım olacaq: “Mən 100% əminəm ki, hər şeyi düzəltmək olar. Sadəcə istəyirəm ki, onda mənəvi olaraq hər şey qaydasına düşsün. O düzələndə mən onu yenidən görmək istəyirəm”.  

Gənc oğlan anasına müraciət də edib: “Mən səni çox sevirən, sənin üçün ən yaxşısına ümid edirəm. Ola bilsin, bir gün otura və yenidən danışa bilərik”.

Ceyden, həmçinin qardaşı ilə birlikdə anasının Sem Asqari ilə olan toyuna getməmələrinə aydınlıq gətirib: “Bu, sadəcə iştirak üçün uyğun zaman deyildi. Mən onun üçün sevinmədiyimi demirəm. Onlar üçün çox sevinirəm, amma o, bütün ailəni dəvət etmədi. Əgər tək mən və Preston gəlsəydi, inanmıram ki, hər şey yaxşı bitərdi”.

O əlavə edib ki, uşaqlıqdan anasından ilhamlanır: “Mən onun səhnədə necə oxuyub oynadığını televizorda görmüşdüm. Düşündüm ki, ay aman, nə qədər insan var. Onun nə dərəcədə məşhur və şəxsiyyət kimi uğurlu şəxsiyyət olduğunu anladım və bu məni ilhamlandırdı”.

Ceyden, həmçinin Britni Spirsin 13 il qəyyumluğunda yaşadığı atası haqda danışıb. Onun sözlərinə görə, babası KİV-də onun ünvanına səsləndirilən mənfi fikirlərə layiq deyil: “Mən onu ürəkdən sevirəm. O sadəcə ata olmaq istəyirdi. Əvvəlcə o özünü hər bir ata kimi aparmağa çalışırdı və qızının superulduz olmaq arzusunu reallaşdırmaq istəyirdi. Amma, çox güman, qəyyumluq uzun müddət davam edib. Ola bilsin, ona görə anam belə hirslənib”.

Britni Spirsin oğlunun etiraflarına sərt reaksiya verib. O, instaqramda paylaşım edib və Ceydenə onun mənəvi sağlamlığı haqda danışmazdan əvvəl əlinə kitab alıb oxumağı məsləhət görüb: “Mənim uşaqlara olan sevgimin həddi-hüdudu yoxdur və ondan ana kimi gözləniltərə uyğun gəlmədiyim haqda sözlər eşitmək məni çox kədərləndirdi. Ola bilsin, bir gün üzbəüz görüşə və bu haqda danışa bilərik”.

Həmçinin oxuyun: Путешествие в качественный звук: Samsung Galaxy Buds2 Pro уже в продаже!













Paylaş:


Müəllif : Tarix:
2-09-2022, 16:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər