reklam
Regionxeberlericom.az » Cəmiyyət » Peskovdan Qalkinin sözlərinə - Reaksiya

reklam

Peskovdan Qalkinin sözlərinə - Reaksiya
















Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni qınayan və ölkədən gedən şoumen Maksim Qalkin haqda danışıb.

Bu barədə TASS  xəbər verir.

“Elə artistlər var ki, onlar özlərini tamamilə ədəbsiz və qəbuledilməz bəyanatlarla ləkələyiblər”, - Peskov deyib.

“Mən Alla Puqaçovanın heç bir bəyanatını eşitməmişəm. Həyat yoldaşı isə (Qalkin-red.), hə, onunla yolumuz bir deyil, pis bəyanatlarla çıxış edirdi”, - o əlavə edib.  

Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Puqaçovaya olduqca normal yanaşır: “Onlar bir-birilərini tanıyırlar, dəfələrlə görüşüblər”.

Qeyd edək ki, M. Qalkin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ilk günlərində bu sözləri yazmışdı: “Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifa etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haqq qazandırmaq olmaz! Müharibəyə yox!”

Xatırladaq ki, A. Puqaçova və M. Qalkin övladları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda ölkədən getmişdi. Ailə bir müddət İsraildə yaşayıb, daha sonra Latviyaya köçüb. Bu günlərdə A. Puqaçova övladları ilə birlikdə Rusiyaya qayıdıb.




Paylaş:


Müəllif : Tarix:
5-09-2022, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər