Rasim Məmmədov ev dustaqlığına buraxılmadı - Məhkəmə qərarı
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədovun vəkili Elçin Sadıqov bir sıra vəsatətlər verib. O əvvəlcə bildirib ki, Rasim Sadıqovun İsveçrədən vəkilləri gəlib və həmin vəkillərin prosesdə iştirakı təmin olunmalıdır. Vəkil həmçinin məhkəmədə video çəkilişin aparılmasını da xahiş edib. Hakim isə texniki imkanların buna hazır olmadığını bildirib.
Daha sonra vəkil Prezident Administirasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əlavə şahid qismində dindirilməsini, Rasim Sadıqovun son 10 il ərzində PA-ya girib-çıxması barədə qeydiyyat kitabçasının məhkəməyə təqdim olunmasını, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Bundan başqa müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Rasim Məmmədovun məhkəmə zamanı şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər verilib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
Rasim Məmmədov vəsatətlərə mübasibət bildirərkən deyib ki, 20 aydır həbsdədir: “Hacı Məmmədovadan sonra ikinci şəxsdir ki, DTX-də saxlanılıram. Mən niyə həbs edilmişəm? İş adamıyam, əmlaklarımı özüm almışam".
Məhkəmənin hazırlıq iclası başa çatıb. Baxış iclası sentyabrın 9-a təyin olunub.
Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2022, 21:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər