reklam
Regionxeberlericom.az » Cəmiyyət » Reabilitasiya mərkəzləriylə bağlı dəhşətli iddia: “Uşaqları salırlar otağa, qapını bağlayırlar...”

reklam

Reabilitasiya mərkəzləriylə bağlı dəhşətli iddia: “Uşaqları salırlar otağa, qapını bağlayırlar...”















Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər barədə müzakirələr səngimək bilmir. 

Mövzu ilə bağlı danışan həkim-psixiatr, tibbi ekspert Abdulla Şıxlinski bildirib ki, bu cür mərkəzlər insanları aldatmaqla məşğuldur:

“Mehnur” psixologiya, loqopediya mərkəzindən olan görüntüləri izlədim, dəhşətə gəldim. İllərdir Azərbaycanda psixoloqlar bu cür mərkəzlər açırlar. Bakıda 50 metrdən bir belə mərkəz var. Bu mərkəzlərin fəaliyyəti haqqında saysız-hesabsız məqalələr yazmışam, onlar rus, Azərbaycan dillərində çap olunub. Təəssüf ki, uzun illər buna heç kim əhəmiyyət verməyib, bu işlə heç kim maraqlanmayıb, heç kimin vecinə də deyil. Hətta mənim yanıma gələn valideynlər şikayət edirlər ki, bizim bir ətək pulumuzu aldılar, aldatdılar, uşaqlarımıza da heç bir kömək etmədilər. Burada söhbət ondan gedir ki, həmin mərkəzlər insanlara ümumiyyətlə kömək edə bilməzlər. Qanunvericiliyə görə xəstə adamlarla həkimlər işləməlidir. Psixologiya mərkəzlərini açan adamlar sağlam adamlarla işləmək üçün nəzərdə tutulub, xəstələrlə həkim-psixoterapevtlər, psixiatrlar işləyirlər, buna onların ixtiyarı yoxdur. Mən bu mövzuda illərdir saysız-hesabsız məqalələr yazıram ki, psixologiya-loqopediya mərkəzləri camaatı aldadır, uşaqları yalandan orada saxlayırlar, üstəgəl həkimlərə qarşı təbliğat aparırlar ki, həkimlərə getməyin. Uşaqlar aylarla, illərlə orada qalırlar, vəziyyətləri ağırlaşır, həkimlərin yanına gəldikdə isə artıq onlara kömək etmək mümkün olmur”.

Onun sözlərinə görə, həmin mərkəzdə uşaqlara yanlış diaqnoz qoyularaq onları “müalicə” etməyə çalışırlar:

“Həmin mərkəzlərə ağıl zəifliyi ilə, yalançı autizm sindromu qoyulmuş uşaqlar gətirirlər, halbuki həmin uşaqlarda autizm yoxdur. Bu adamların diaqnoz qoymağa hüququ yoxdur, onlar hətta uşaqlara dərman da təyin edirlər. Bu cür loqopedlər və psixoloqlar dələduzluqla məşğuldurlar, bunun üçün heç lisenziya da tələb olunmur, gedib vergidən qeydiyyatdan keçirlər və mərkəzlər açırlar. Dəfələrlə bununla bağlı xəbərdarlıq etmişəm, təəssüf ki, bizim psixiatrlar fil qulağında yatırlar, həkimlər heç nə danışmır.

O cür mərkəzlərdə uşaqların başına nə oyun açırlar, heç kim bilmir. Uşaqları salırlar otağa, qapını bağlayırlar, valideynə heç nə demirlər, bildirirlər ki, biz təzə metodlarla işləyirik. Elə mərkəzlərdə işləyən adamların heç birinin kifayət qədər səriştəsi, savadı, qabiliyyəti yoxdur. Bu cür mərkəzləri açan adamlar 91-ci ildən sonra başladılar və qeyd etdilər ki, Avropada da bu cür reabilitasiya mərkəzləri var. Amma Avropada bu tamamilə başqa cürdür, orada çalışan adamlar ciddi yoxlanılır, hamısının ciddi savadı var, yüksək professionallığı var. Bizdə isə bu işi görənlərin çoxunun özünün psixi xəstəliyi var. Yayılan görüntülərdəki adamların hamısını üzdən tanıyıram, onlarla tanışlığım olub, onların hamısı “moşennik”dir. Onların çoxunun təhsili yoxdur. Onlar uşaqları yanlarında saxlayıb, o cür bədbəxt edirlər. Yayılan video aşkarlanan bircə haldır, belə hallar çoxdur, uşaqların başına min oyun açırlar. Bizdə psixoloji-loqopedik xidmət faktiki olaraq yoxdur, bu yalandır, dələduzluqdur. Çünki bizdə o kadrları hazırlayan idarələr yoxdur. Bakı Dövlət Universitetində psixologiya fakültəsi var ki, o fakültənin işi sıfır səviyyəsindədir. Azərbaycan Pedaqoji Universitetində də psixologiya fakültəsi var, onların da işi sıfırdır. Onlar kadr hazırlaya bilmirlər.”




Paylaş:


Müəllif : Tarix:
7-09-2022, 20:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər