Flora-Afət qalmaqalı məşhurların gözündə: “Böyük, böyük yerini bilməlidir”
Bu gün gündəmi zəbt edən şou əhli efirlərdən, sosial şəbəkələrdən bir-birlərinin ünvanına bəzən olmazın sözlər deyir. Elə bir gün yoxdur ki, sosial şəbəkələrdə kimsə kiminsə bostanına daş atmasın. İllərlə bir-birlərini danışdırmayan ulduzlar var.
Onların çoxunun arasında inciklik olub. Hətta bir çoxu bir zamanlar yaxın dost olduqları adamlarla belə bu dünyadan küsülü olaraq ayrılıblar.
Son aylarda isə Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında yaşanan söz davası gündəmdən düşmür. Məhkəməlik olan müğənnilər hər gün bir-birinə atdığı atmacalar, söz-söhbətlərlə müzakirələrə səbəb olurlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Arzu Rzayev bildirib ki, gənc nəsillə yaşlı nəsil arasında bəzən belə münaqişələr yaranır və hər kəs öz yerini bilməlidir:
“Mən bu mövzuda müğənnilərə ciddi bir məsləhət verə bilməyəcəyəm. Sözün açığı, mən şou-binesdən, qalmaqallardan bir az uzağam. Pərəstişkarlarım da bilir ki, heç zaman qamaqallara qarışmamışam, uzaq durmuşam. Həmişə başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Amma unutmaq olmaz ki, böyüyün öz, kiçiyin də öz yeri var, hərə öz yerini bilməli, səddi keçməməlidir. Birinci çalışmaq lazımdır ki, məsələ bu dərəcəyə - bir-birini təhqir etmək həddinə gəlib çıxmasın”.
Qalmaqallardan uzaq olan sənətçi məhz buna görə efirlərə çıxmaqdan imtina etdiyini də bildirib:
“Məsələn, mən bu gün verilişlərin çoxuna məhz bu məsələlərə görə getməkdən imtina edirəm. Mən ümumiyyətlə, efirlərə getmirəm, çünki kənardan baxıb biabırçılığı görürəm, sonradan biabır olmaq istəmirəm, bir atalar məsəli var, deyir, sonradan pis olmaqdansa, bəri başdan pis ol. Çıxıb efirə sonradan belə hallar yaşamaqdansa, xəcalətli olmaqdansa, ifadəmə görə üzr istəyirəm, gic-gic söhbətlərin ortaya düşməsindənsə, elə əvvəlcədən çağrıldığımız efirlərə getməsək yaxşıdır.
Efirlərdə olmasam da əlbəttə ki, müğəmmilik fəaliyyətimə davam edirəm, narahat olmasınlar, ölməmişəm (gülür) 45 ilin müğənnisiyəm, başqa necə ola bilər ki? Sadəcə özüm şou-biznesdən, söz-söhbətlərdən uzaq dururam. El şənlikləri öz yerində, məclislərdə iştirak edirəm, hər şey öz axarında davam edir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-09-2022, 16:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər