reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ölkədə minlərlə “şaftalı” sözünü düzgün yaza bilən yaltaq var”

reklam

“Ölkədə minlərlə “şaftalı” sözünü düzgün yaza bilən yaltaq var”













“Ölkədə minlərlə “şaftalı” sözünü düzgün yaza bilən korrupsioner var, pasiyenti şikəst edən həkim var, övladlarımızı savadsız yetişdirən müəllim var, insanlara divan tutan polis var, arvadına zorakılıq edən kişi var və nəhayət, ləyaqətini satan yaltaq var”.

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib.

“Eyni zamanda bu sözü düzgün yaza bilməyən ancaq peşəkar, ləyaqətli, savadlı və insaflı olan həkimlər, müəllimlər, polislər, valideynlər var. Kimya müəllimi üçün şaftalı sözünü yox, sulfat turşusunun tərkibi düzgün yazmaq vacibdir. Fizika müəllimi üçün Nyutonun qanunlarını qarışdırmamaq, şagirdləri Kvant nəzəriyyəsinə marağını artırmaq tələb olunur. Riyaziyyat müəllimi üçün teoremlə aksiomun fərqini, tənliklərin həllini düzgün izah etmək qabiliyyəti önəmlidir. “Şaftalı” sözünü ibtidai sinif və dil-ədəbiyyat müəllimləri yaza bilsə, kifayətdir”, - S. Əliyev qeyd edib.

Məlumat üçün bildirək ki, elm və təhsil naziri Emin Əmrullayevin sertifikasiya imtahanında iştirak edən bəzi müəllimlərin bir sıra sözləri düzgün yaza bilməməsini dilə gətirməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




Paylaş:


Müəllif : Tarix:
10-09-2022, 16:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər