Sakinlər bayraqdan şikayətləndi, icra hərəkətə keçdi - FOTO

Qaradağ rayonunun Ələt qəsəbəsindəki Bayraq meydanında asılan bayrağın zədələnməsi ilə bağlı redaksiyamıza müraciət daxil olub. Sakinlər bildiriblər ki, bir neçə gündür bayrağın zədələnməsinə baxmayaraq, yenisi ilə əvəz olunmayıb.
Qaradağ Rayon İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna məsələnin araşdırılacağı bildirilib. Ancaq müraciətimizdən təxminən 2 saat sonra Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən artıq problemin həll edildiyi barədə redaksiyamıza məlumat verildi:
“Sözügedən ərazidə bayrağın zədələnməsi ilə bağlı məsələ araşdırılıb. Artıq problem öz həllini tapıb, meydandakı bayraq yenisi ilə əvəz olunub. Bayrağımızla bağlı məsələyə diqqətlə yanaşdığına görə sakinlərimizə təşəkkür edirik”.
Qeyd edək ki, Ələt qəsəbəsi dənizə yaxın məsafədə yerləşdiyindən meydanda asılan bayraq tez-tez güclü küləyin təsirindən zədələnir.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2019, 17:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2019, 17:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB