20 gün əvvəl ailə quran şəhidimiz torpağa tapşırıldı - Foto

Sentyabr 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Qazax rayon Kəmərli kəndindən olan iki hərbi qulluqçu şəhid olub.
“Qafqazinfo” xəbər verir ki, bu gün onların dəfn mərasimi keçirilib. Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Azər Məmmədov doğulduğu Qazax rayon Kəmərli kəndində dəfn olunub. Şəhidimizin dəfn mərasimində rayon ictimaiyyəti də iştirak edib.
Qeyd edək ki, Azər Məmmədov 20 gün əvvəl ailə həyatı qurmuşdu.
Eyni kənddən olan Azərbaycan Ordusunun digər hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, 1993-cü il təvəllüdlü Yunus Kazımov da bu gün son mənzilə yola salınıb.
29 yaşlı Y. Kazımov sentyabrın 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub. O, 44 günlük vətən müharibəsində də iştirak edib, Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl, Şuşanın azad olunmasına görə medalları və "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunub.

Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2022, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB