Daha bir məşhur Prezidentə müraciət etdi — Mənzillə bağlı
Lənkəran Dövlət Dram Teatrı baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov mənzilə probleminə görə Prezident İlham Əliyevə müraciət edib.
Bu gün 70 yaşını qeyd edən sənətkar "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində uzun müddətdir evsizlikdən əziyyət çəkdiyini bildirib:
“Mən bu haqda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət etmişəm. İnşallah, inanıram ki, tezliklə problemim öz həllini tapar”.
Sənətkar əməkdaşımızın "doğum gününüzdə sizi kimlər təbrik edib" sualını belə cavablandırıb:
"Heç kimdən və heç nədən narazı deyiləm. Sağ olsunlar, həmkarlar, dostlar, digər teatrların əməkdaşları təbrik ediblər. Yəqin ki, Mədəniyyət Nazirliyindən də təbrik edən olacaq. Amma mənim əsas problemim mənzillə bağlıdır. Bakıda doğulub, böyümüşəm. Ancaq 13.5 kvadratmetrlik mənzilimiz var. Bu evdə beş nəfər yaşayırıq, iki ailə üzvüm əlildir. Bu problemlə yaradıcılıqla da normal məşğul ola bilmirəm. Əslində, mən Lənkərana mənzil prolemimə görə gəldim ki, evdə darısqallıq olmasın, bir nəfərin yeri boşalsın, bir az rahatlıq olsun".
Qeyd edək ki, Prezident İlham Əliyev son günlər bir neçə tanınmış teatr və kino adamını mənzillə mükafatlandırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2019, 17:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2019, 17:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB