reklam
Regionxeberlericom.az » Cəmiyyət » Başına pul qoyulan məşhur cinayətkar Türkiyədə öldü - Foto

reklam

Başına pul qoyulan məşhur cinayətkar Türkiyədə öldü - Foto

















Avstraliyada başına pul qoyulduğu üçün Türkiyəyə qaçan məşhur cinayətkar burada ölüb.
Söhbət Avstraliyanın ən məşhur cinayətkar qruplaşmalarından “Alameddine”nin rəhbərlərindən biri olan Murat Qalasidən gedir.
Avstraliya və İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qalasi ölkədə polis tərəfindən ən çox axtarılan adlardan biri olub. İş o yerə çatıb ki, Avstraliya polisi Qalasinin başına mükafat qoyub.
33 yaşlı Qalasinin İstanbulda idman zalında dünyasını dəyişdiyi açıqlanıb. Qalasının məşq zamanı infarkt keçirdiyi bildirilib.
Dəstə başçısının 2021-ci ilin dekabrında Sidneydəki sui-qəsddən sağ çıxdığı da bildirilib.
Qalasinin ölümünü dəstə üzvlərindən Əli Yunis sosial media hesabından elan edib.
Onun təxminən 2 həftə əvvəl başına mükafat qoyulandan dərhal sonra ölkədən qaçdığı bildirilib. Britaniyanın Teleqraf qəzeti Qalasinin Livandan Türkiyəyə keçdiyini yazıb.




Paylaş:


Müəllif : Tarix:
18-09-2022, 23:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər