Peskovdan Puqaçovanın “xarici agent” açıqlamasına - Reaksiya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov SSRİ Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkinin ardından ölkəsinin xarici agentləri sırasına yazılmaq istəyinə reaksiya verib.
Peskov jurnalistlərin müvafiq sualına cavabında bunu deyib: “Mən bu mövzunu heç cür şərh etməyəcəyəm”.
“Bu açıqlama ilə bağlı hər hansı tədbirlər görmək lazımdırmı” sualına isə “mən bu sualın Kremlə aid olduğunu düşünmürəm”, - deyə cavab verib.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi “siyasi fəaliyyətlə məşğul olduğu” və Ukraynadan maliyyə aldığı iddiası ilə Maksim Qalkini xarici agent siyahısına salıb. Qalkin hazırda xaricdə yaşayır, Puqaçova özü bu yaxınlarda uşaqları ilə birlikdə Rusiyaya qayıdıb.
Bunun ardından Puqaçova belə bir açıqlama ilə çıxış edib: “Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki mən həyat yoldaşımla həmrəyəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2022, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT