reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputat qazını təhqir edən məktəb direktorundan danışdı: “Bazara döndərib”

reklam

Deputat qazını təhqir edən məktəb direktorundan danışdı: “Bazara döndərib”













“Millət vəkilləri də daxil olmaqla cəmiyyətimizin bütün təbəqələri qazilərimizə diqqət və qayğı göstərməyə çalışır. Bu, bizim mənəvi borcumuzdur”.

Bu sözləri millət vəkili Etibar Əliyev bildirib. Onun sözlərinə görə, 227 saylı tam orta məktəbin direktorunun qaziyə qarşı ədəbsizlik edib.

“Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət edib. Elşın Umarov məktəb direktoru Sevinc Hüseynovaya özünü təqdim edib:

“Təəsüf ki, Müharibə iştirakçısı olduğumu deyəndə mənə “burada şou göstərmək lazım deyil” kimi yersiz, təhqiredici ifadə işlətdi.

Bu münasibət zabit heysiyyatıma toxundu. Ümumiyyətlə, Təhsil müəssisəsində vətəndaşlarla bu cür rəftar yolverilməzdir.”

Direktor şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib. Qazi övladını evinin yanındakı məktəbə qeydiyyata aldıra bilməyib.

Mən dəfələrlə demişəm, indi də deyirəm Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 5-ci kalonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib. İdarənin işi korrupsiya və rüşvət əlindən iflic vəziyyətə düşüb.

Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdirdikləri direktorlar (Məhəbbət Vəliyeva bu işdə öndə gedir) heç kimi, o cümlədən naziri də saymırlar.

Bunu hamı bilir, Emin Əmrullayev bilmir? İndi diqqət edin: Məktəblərin dam örtükləri bərbad vəziyyətdə, əksər məktəblərin istilik sistemi bərbad vəziyyətdə, məktəblərin əksəriyyəti kompüter üzünə həsrət qaldığı bir vaxtda Mehriban Vəliyeva makler Fuad Babayevlə təyin etdirdikləri 30-40 direktoru başlarına toplayıb Finlandiyaya turist səfərinə aparırlar. Dövlətin külli miqdarda vəsaitini göz görə-görə talayırlar. Elm və Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi belə rəhbər işçilər barədə ölçü götürülməməsi məni təəccübləndirir”.

E. Əliyev daha sonra qeyd edib ki, dünən ona zəng edən 18 saylı tam orta məktəbin bir müəllimi bu məktəbin direktoru Rəna Süleymanovanın özbaşınalıqlarından, məktəbdəki rüşvət faktlarından danışıb: “Dəhşətə gəldim. Qeyd edim ki, adını çəkdiyim məktəbin direktoru Məhəbbət Vəliyeva qruplaşmasının əsas üzvlərindən biridir. Hələ Texniki – Humanitar liseyin direktoru Kəmalə Mirzoyevanı demirəm. Bütün kollektivə divan tutur. Adamı təəcüb bürüyür: XXI Əsrin məktəbi beləmi olmalıdır?”.




Paylaş:


Müəllif : Tarix:
20-09-2022, 10:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər