reklam
Regionxeberlericom.az » Cəmiyyət » Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxıb

reklam

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxıb
















Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıb. "Report" xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğu Konstitiusiya Məhkəməsindən Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsini istəyib.

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasında qərar qəbul edilib. Qərarda deyilir ki, Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prokurorluğuna ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əməkhaqqının saxlanılması məsələsinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunsun.




Paylaş:


Müəllif : Tarix:
20-09-2022, 20:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər