reklam
Regionxeberlericom.az » Cəmiyyət » İnfarktın, erkən qocalmanın qarşısını alır - Əncirin faydaları

reklam

İnfarktın, erkən qocalmanın qarşısını alır - Əncirin faydaları
















Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan əncirin qəbulu ürək-damar pozuntularının profilaktikası ilə bağlıdır. Əncir, xüsusən də daha kalorili olmasına baxmayaraq, qurudulmuş halda bir çox baxımdan sağlamlıq üçün faydalıdır. Ənciri qurudulmuş halda yedikdə onun tərkibində olan müxtəlif vitamin və mikroelementlərin, şəkər və kalorinin qatılığı təqribən 5 dəfə artır.

Ancirin tərkibində olan yüksək miqdarda mis həyati əhəmiyyətli proseslərdə, o cümlədən metabolizmin normallaşdırılmasında, eritrositlərin və neyroeritrositlərin əmələ gəlməsində mühüm rol oynayır. Bununla yanaşı, əncir zülalların parçalanmasında, əsəb sisteminin və koqnitiv funksiyaların möhkəmlənməsində, erkən qocalmanın qarşısının alınmasında böyük rol oynayan B6 vitamini ilə zəngindir. Tədqiqatın müəllifləri hesab edirlər ki, əncirdən müntəzəm istifadə etməklə ürək-damar sistemini möhkəmlətmək mümkündür.

Müəyyən edilib ki, əncirdən istifadə arteriyaların boşluğunu dolduran və ürəyin işemik xəstəliyi, infarkt riskini artıran aşağı sıxlıqlı “pis” lipoprotein-xolesterininin miqdarının azaldılmasına kömək olur. Bu meyvə damar divarlarını yaxşılaşdıran K vitamini ilə zəngin olduğundan, həm də tromblardan müdafiə edir.

Bununla bərabər, mütəxəssislər əncirdən rasionda ehtiyatla istifadə etməyi məsləhət görürlər. Belə ki, əncirin tərkibində təbii şəkərin yüksək qatılığı səbəbindən o, təkcə qanda qlükozanın enib-qalxmasına deyil, həm də allergiyaya səbəb ola bilər.



  








Paylaş:


Müəllif : Tarix:
21-09-2022, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər