DYP ilə sürücü arasında insidentlə bağlı daha bir - Açıqlama
Bakının mərkəzində sürücü ilə yol polisi arasında yaşanan insidentin görüntüləri ətrafında müzakirələr artır.
Paylaşılan videoda görünür ki, DYP əməkdaşı avtomobilin pəncərəsindən əlini içəri salaraq müdaxilə ilə sürücünü aşağı düşürməyə çalışır. Lakin sürücü buna etiraz edir və polisə bildirir ki, onun şəxsi əmlakına müdaxilə etməsin. YPX əməkdaşı sürücünü polisin qanuni əmrinə tabe olmamaqda ittiham edir və onun söyüş söydüyünü bildirir. Daha sonra isə inspektor sürücüdən sənədləri tələb edir. Lakin sürücü yol polisinin özünü təqdim etmədiyini deyərək sənədləri verməkdən imtina edir. Polis isə sürücüyə maşını yolun hərəkət hissəsində saxladığı üçün irad tutduğunu qeyd edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı növbəti dəfə açıqlama verib. Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə “Axundov bağı”nın yaxınlığında qeydə alınıb: “Araşdırma zamanı məlum olub ki, sürücü gəlib avtomobilini “Axundov bağı”nın yanında saxlayıb. DYP əməkdaşları bildirir ki, burada maşın saxlamaq olmaz. Amma sürücü maşını saxlayıb, baqajını da açıb ki, nömrəsi görünməsin, qanunsuz parklanmaya görə cərimə yazılmasın. Özü də gedib kənarda oturub. Polis əməkdaşları yenidən ona yaxınlaşıb avtomobili yolun hərəkət hissəsindən çıxarmasını bildiriblər. Amma sürücü maşına əyləşərək heç yerə getməyəcəyini deyib. Nəticədə ona inzibati protokol tərtib olunub. Bu görüntülər hamısı kameralarda var. Sadəcə sürücü insidenti gərginləşdirir, daha sonra insidentin qızışan yerini videodan kəsib paylaşaraq cəmiyyətdə polisə qarşı əks fikir formalaşdırır.
Bu, polisdir, hakimiyyətin nümayəndəsidir. Polis vətəndaşların nəqliyyatdakı sıxlıqla bağlı narazılıqlarını aradan qaldırmağa çalışır. Qayda-qanun tələb edir. Amma sürücü ona deyir ki, sən kimsən, sənə sənəd vermirəm. Maşını orada saxlayır deyə, sıxlıq yaradır, digər sürücülər əzab çəkir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2022, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər