Səfərbərlik elanından sonra ruslar Gürcüstana qaçır: Sərhəddə tıxac yarandı - Video
Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdikdən sonra Rusiya ilə Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsində böyük tıxac yaranıb.
Bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Nəşrin yaydığı kadrlardan görünür ki, nəqliyyat vasitələri arasında Rusiya nömrəli avtomobillər üstünlük təşkil edir.
Qeyd olunub ki, sərhədi keçib hərbi komissarlıqlardan qaçmaq istəyənlər bunu tez bir zamanda yerinə yetirmək üçün yol hərəkəti qaydalarına məhəl qoymayaraq qarşıdan gələn zolağa çıxırlar. Buna görə də sərhədin hər iki tərəfində tıxac yaranıb.
Bildirilib ki, “Yuxarı Lars” keçid məntəqəsi rusların Gürcüstana qanuni yolla keçə biləcəyi yeganə quru keçiddir, bütün digər yollar ya qeyri-qanunidir, ya da Azərbaycan ərazisindən kifayət qədər böyük dolama yolu nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın 21-də Putin Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərman imzalayıb. Onun sözlərinə görə, yalnız ehtiyatda olan və ilk növbədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə cəlb olunacaqlar. Putinin müraciətindən sonra 21 sentyabr üçün İstanbul və İrəvana bütün birbaşa biletlər bir neçə dəqiqə ərzində satılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-09-2022, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər