reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Paşa Sığorta” “Retro Holdinq”i məhkəməyə verdi

reklam

“Paşa Sığorta” “Retro Holdinq”i məhkəməyə verdi

















Azərbaycanın ən böyük sığorta şirkəti olan “Paşa Sığorta” ASC bugünə kimi dövlət qurumlarının keçirdiyi yüzlərlə tender müsabiqəsinin qalibi olan “Retro Holding” MMC barəsində məhkəmə iddiası qaldırıb.

İddiaya 10.10.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyilə baxılacaq.

Məhkəmə iddiasının sığorta müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib. 

Məlumat üçün bildirək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlıdır. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

“Retro Holding” MMC barəsində isə Dövlət Vergilər Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri” bölməsində heç bir məlumat yoxdur. Lakin, ayrı-ayrı dövlət qurumlarının açıqladığı məlumatlardan məlum olur ki, “Retro Holding” MMC (VÖEN-1701008561) bir-çox sahədə fəaliyyət göstərir. Təmir-tikinti, qida məhsullarının və inşaat mallarının istehsalı və s. Şirkət son 2 ildə dəyəri milyonlarla manat olan 60-a yaxın tenderin qalibi olub. Quba rayonunda (Qudyalçay ərazisi) qum və qırmadaş istehsalı, Qaradağ rayonu ərazisində armatur zavodu, Sabunçu rayonunda kolbasa-sosiska istehsalı müəssisəsi də “Retro Holding” MMC-yə aiddir.




Paylaş:


Müəllif : Tarix:
22-09-2022, 11:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər