Almaniya qaydaları dəyişir: - azərbaycanlılar nəyi bilməlidir?
Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev Almaniya düşərgələrində (kampuslar) Azərbaycandan olan qaçqınlar arasında intihara cəhd hallarının artmasını şərh edib.
Oxu.Az-a açıqlama verən Ə.Əliyevin sözlərinə görə, Almaniya, nəhayət, miqrasiya siyasətini yenidən nəzərdən keçirib:
“Almaniyanın miqrantlar ölkəsinə çevrilməsi məsələsi son 25 ildə müzakirə olunur. Bundestaq bu il əmək miqrasiyası haqqında qanun qəbul edib və Almaniya əmək miqrantlarını qəbul edəcək ölkəyə çevriləcək. Qanun 2020-ci ilin yanvarında qüvvəyə minəcək”.
Ə.Əliyev qeyd edib ki, Federal hakimiyyət qaçqın statusunun verilməsi şərtlərini sərtləşdirib:
“Artıq suriyalı qaçqınların vətənlərinə qaytarılması planlaşdırılır. Bununla yanaşı, əcnəbi mütəxəssislər üçün yerlər ayrılır”.
Hüquqşünas Almaniyaya getmək istəyən həmyerlilərimizə müraciət edərək qaçqın statusunu seçməməyi məsləhət görüb:
“Qoy, azərbaycanlılar alman dilini öyrənsinlər və iş yerlərinə iddia etsinlər. Dəyişikliklər işədüzəltmə ilə bağlı problemlərin həlli zamanı prioritet məsələlərə də toxunub. Əvvəllər Almaniyada vakant iş yerlərinə öz vətəndaşlarını götürürdülər, sonra isə Avropa İttifaqı ölkələrinin vətəndaşlarına üstünlük verilirdi. Ardınca işədüzəltmə üzrə yerli firmalar qəzetdə elan yerləşdirirdilər və miqrantların müraciətlərinə baxırdılar”.
Ekspertin sözlərinə görə, hazırda hesab edirlər ki, əgər əcnəbi alman dilini bilirsə və əmək müqaviləsini bağlamaq üçün müraciət edirsə, buna ehtiyac yoxdur:
“Bu cür güzəştlərdən sonra sığınacağın verilməsi şərtlərinin sərtləşdirilməsi hətta çox normal görünür”.
Eyni zamanda, işləyən qaçqınların vəziyyəti yüngülləşdirilib. Gələn ilin yanvarından etibarən onlara müvəqqəti qalmaq üçün icazə verəcəklər. Bundan başqa, miqrantlara iş axtarmaları üçün altı ay vaxt veriləcək.
Azərbaycan vətəndaşlarının öz problemlərini həll etmək üçün rüşvət vermək məqsədi ilə kimisə axtarmağa daha ehtiyacı qalmayacaq. Azərbaycanın Almaniyadakı səfirliyinə müraciət etmək və alman dilini bilmək kifayətdir.
Ə.Əliyev diqqətə çatdırıb ki, Almaniyada olmaq üçün 6-7 min manata vasitəçi makler axtarmaq lazım deyil:
“Alman dilini öyrənmək üçün kiçik məbləğ ayırın. B1 və B2 sertifikatlarını alın, viza üçün sənədləri verin. Əgər sertifikatınız olarsa, sizə Almaniyada işə düzəlməyə kömək edəcəklər. Düşərgələrdə uzun müddət dözülməz şəraitdə yaşamaq, psixoloji travma almaq, ardınca isə radikal addıma – intihara əl atmaqla qaçqın statusu üçün müraciət etmək lazım deyil”.
O, dillə bağlı tələblərin qaçqınlara da şamil edildiyini vurğulayıb:
“Qaçqın statusu üçün müraciət edən və bir il yarımdan çox işləyən şəxslərə qalmaq üçün dərhal icazə veriləcək. Əcnəbi vətəndaş bu məqsədlə öz ərizəsini geri götürməlidir. Sonra isə Əcnəbilərlə iş üzrə federal idarəyə (Ausländerbehörde) müraciət etmək və əmək müqaviləsi ilə birlikdə vergi ödənişləri barədə məlumat təqdim etmək lazım olacaq. Bu şəxslərə yanvarın 1-dən müddətsiz qalmaq üçün icazə veriləcək”.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Humay Məmmədova bu günlərdə Deggendorf qaçqın düşərgəsində çox sayda həb udması nəticəsində zəhərlənərək ölüb. Qadının özündən sonra doqquz yaşlı qızı qalıb və o, qızını Almaniyada yaşayan bacısına əmanət edib.
Məlumata görə, qadın “Dublin sazişi” çərçivəsində işinə qeyri-obyektiv baxıldığına etiraz edərək intihara əl atıb.
Hüquqşünasın sözlərinə görə, son 10 ildə azərbaycanlılar arasında üç dəfə intihara cəhd halı olub.
Məlum olduğu üzrə 2018-ci ildə 2900 Azərbaycan vətəndaşı Almaniyada qaçqın statusu almaq üçün müraciət edib. 2017-ci ildə bu göstərici 3 030, 2016-cı ildə 4 750, 2015-ci ildə 1 497, 2014-cü ildə isə 1 295-ə bərabər olub.
Bununla belə, qaçqın statusuna görə Almaniya hökumətinə müraciət etmiş Gürcüstan və Ermənistan vətəndaşlarının sayı dəfələrlə çoxdur. Ötən il Gürcüstandan müraciət edənlərin sayı kəskin artıb. Belə ki, 2018-ci ilin ilk iki ayında 745 gürcüstanlı Almaniyaya gedib.
Ekspert sonda əlavə edib ki, 2018-ci ildə Almaniyadan Azərbaycana 398 nəfər deportasiya edilib:
“Doqquz nəfər hava limanında müqavimət göstərdiklərinə görə onları deportasiya etmək mümkün olmayıb. Həmin il təqribən 300 azərbaycanlı “Dublin konvensiyası”na əsasən, ilkin gəldikləri Şengen ölkəsinə göndərilib.
Onların arasında 40 nəfər yetkinlik yaşına çatmayan şəxsdir. Sığınacaq ala bilməyən 600 azərbaycanlı könüllü olaraq Almaniyanı tərk edib. 500 nəfər isə Almaniyanın yürütdüyü Readmissiya proqramı çərçivəsində ölkəni ödənişli şəkildə könüllü tərk etməyə razı olub”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39