reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir?

reklam

“Yararsızdır” deyib əsgər aparılmayan şəxsə niyə əlillik verilmir?
















“Qardaşım iki yaşı olarkən yanıb. Dövlət bu uşağı hərbi xidmətə yararsız bilir və əsgər aparmır. Yararsızlığa görə iş sahələrində hara əlini atsa, məhduddiyyətlə üzləşir. Amma əlillik də verilmir”.

Bu şikayətlə Salyan rayonu, Parça Xələc kənd sakini Əliyev Pərvin Muxtar oğlunun bacısı Nərgiz Əliyeva müraciət edib.

Vətəndaşın sözlərinə görə, 24 yaşlı qardaşı çıxılmaz vəziyyətdə qalıb: “Qardaşım 6 aylıq olarkən anamızı itirib. 2000-ci ildə ağır şəkildə qaynar qazana düşərək yanıb. 40 gün reanimasiya şöbəsində yatıb. Nə əsgər aparılır, nə də işləyə bilir. Təhsillidir və işsizdir. Mən bilmək istəyirəm ki, sabah bu uşaq evlənsə, ailəsini necə dolandıracaq? Anasızlığa görə 17 yaşına kimi 50-60 manat pensiya verirdilər. Bu səbəbdən heç əlilliyinə görə müraciət etmirdik. O pensiya da 17 yaşında kəsildi. Həmin vaxtdan əlilliyinə görə təqaüd üçün mübarizə aparırıq. Hər dəfə eyni şey, “yararsızdır” deyib xidmətə aparmırlar, iş də tapa bilmir. Dəfələrlə müraciət olunub, hər dəfə əsası olmayan bəhanələrlə imtina edilib. Bu il ərzində iki dəfə müraciət etmişik. Yanvar ayında etdiyimiz müraciətə mart ayında imtina gəlib. Sonuncu dəfə avqust ayında müraciət etmişik. Sentyabrın 5-i tibbi müayinənin nəticəsinə imtina göndərilib”. 

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat  katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Əliyev Pərvin Muxtar oğlu əlilliyinin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, vətəndaşın iştirakı olmadan aparılıb. Müəyyən edilib ki, vətəndaşın əsas diaqnozunun ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməyib. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq, vətəndaş 14.03.2022-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilib. Bu dəfə vətəndaş yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən əyani müayinə olunub. P.Əliyevin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq sistem üzərindən verilən imtina qərarı qüvvədə saxlanılıb”. 




Paylaş:


Müəllif : Tarix:
1-10-2022, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər