Araik Bakı həbsxanasında hansı STATUSDA olacaq? – Erməni deputat açıqladı
“Araik Arutyunyanın Bakı həbsxanasında hərbi əsir statusu belə olmayacaq”.
RegionXəbərləricom.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “şərəfim var” fraksiyasından olan deputatı Anna Mkrtçyan baş nazir Nikol Paşinyanın Qarabağla bağlı son fikirlərini şərh edərkən deyib.
Erməni deputat bu açıqlamasını Xankəndindəki separatçı-terrorçuların “başçısı” Araik Arutyunyana xitab olaraq ünvanlayıb.
“Araik Arutyunyan eşitdinmi? Əgər başa düşmürsənsə izah edim. Paşinyan dedi ki, sənin Bakı həbsxanasında hərbi əsir statusun belə olmayacaq. Sən Azərbaycan dövlətinə qarşı cinayət törətmiş statusda olacaqsan”, - A.Mkrtçyan deyib.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistan İctimai televiziyasına müsahibəsində beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.
“Nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ Qarabağın müstəqilliyini tanımağa hazır deyil. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa, o zaman bunları qeyd etməliyəm və bunu daha əvvəl, müharibədən öncə də etməliydim: adı çəkilən heç bir ölkə, heç kim Qarabağın müstəqilliyini və yaxud Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, - o bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2022, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər