Maşını cərimə meydançasına aparılan qazi rəisin evinə basqın etdi
Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılan şəxs DYP Şöbəsi rəisinin evinə basqın edib.
RegionXəbərləricom.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bir neçə gün öncə Gəncədə baş verib. Belə ki, şəhər sakini Afiq Ağayevin (şərti) “VAZ 2107” markalı avtomobili DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Bundan əsəbiləşən vətəndaş Gəncə şəhər DYP Şöbəsinin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındırıb. Daha sonra bir qrup şəxslə birlikdə şəhərin Avtozavod qəsəbəsində yerləşən DYP Şöbəsinin rəisi Eldəniz Həsənovun evinin qarşısına gələrək nalayiq ifadələr işlədib. Həmin şəxslər səs-küy salaraq evin qapısını döyüblər. Maşının dərhal buraxılmasını tələb ediblər.
Törətdiyi əməllərə görə, Afiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Ağayev məhkəmədə deyib ki, mühafizəçi otağının pəncərəsi əvvəldən çat idi: “Mən pəncərəni döymək istəyərkən pəncərə öz-özünə qırıldı. Düzdür, hadisədən sonra rəisin evinin qarşısına getdim. Ondan avtomaşının buraxılmasını tələb etdim. Eldəniz Həsənov məni şəxsən tanıyır, Vətən Müharibəsində iştirak etdiyim üçün əvvəllər törətdiyim inzibati xətalarla bağlı bir neçə dəfə mənə və qohumlarıma güzəşt edib”.
Məhkəmə protokolları əsaslı sayıb. Şəxsin müharibə iştirakçısı olduğunu nəzərə alaraq ona aşağı həddə cəza verilib. Afiq Ağayev 8 gün müddətə inzibati qaydada həbs edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2022, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər