“Kişi ailəsinə yaxşı baxırsa, xəyanətini bağışlamaq olar” - Həkim-psixoterapevt
Cəmiyyətin çox kəsimi, əsasən də, kişilər həmcinsləri xəyanət etsələr belə, həyat yoldaşlarının ailəni qorumaq üçün bu cür hərəkətlərə göz yummalı olduğunu deyirlər. Bir müddət əvvəl meyxanaçı Aqşin Fateh də bu fikri ilə gündəmə gəlmişdi. Amma tək kişilər deyil, bəzi, hətta, çox qadın da belə hesab edir. Lakin qadınların xəyanət mövzusunda heç bir hərəkəti bağışlanmır. Əksər hallarda da ölümlə nəticələnir. Bu düşüncə artıq o qədər streotip halına gəlib ki, sosial şəbəkələrdə ərinin, atasının, qohumunun öldürdüyü qadınlar üçün də xəyanət etdiklərindən dolayı cinayətin baş verdiyini deyirlər. Hadisənin təfərrüatlarını bilmədən əminliklə qadını ittiham edirlər. Bəs, görəsən, ailəni qorumaq üçün həqiqətəndə mi, qadınlar həyat yoldaşlarının xəyanətlərini bağışlamalıdır?
Bu barədə həkim-psixoterapevt Elnay Rəhimovla söhbətləşib. Söhbət əsnasında maraqlı məqamlara toxunan psixoterapevt bəzi nüansları çıxmaqla, ümumilikdə, xəyanəti bağışlamağın mümkün olduğunu deyib:
"Bir sistem həddindən artıq böyüyə və kiçilə bilməz. Məsələn, bir pişiyin arxasınca qaçsaq, o da qaçacaq, amma küncə sıxışanda, qaçmağa yeri olmayanda özünümüdafiə kimi cırmaq atmağa başlayacaq. Dediyiniz mövzuda bağışlamaq halın çox az baş verməsi səbəbiylə ola bilər. Kişinin qadına psixoloji-fiziolji zorakılığı olmasa, ailəsini hər şəkildə hər şeylə təmin edirsə, birlikdə nələrisə edirlərsə-istirahətə getmək, yemək bişirmək və s, ümumilikdə ər və arvadın birlikdə həyata keçirdiyi ortaq nöqtələri varsa, bağışlamaq olar. Bundan başqa, ailənin ilk planda dayanması da bağışlamaq üçün əsas şərt hesab oluna bilər. Əks halda, kişinin ailəsi xəyanət etdiyindən arxa plana atılırsa, fiziki-psixi zorakılıq varsa, qadın xəyanəti bağışlamamalıdır. İnsanları fəlakətə aparan pis vərdişlərə dəfələrlə xəbərdarlıqlara rəğmən, yenə də davam edilirsə, anti-sosial davranışlar bağışlamamaq üçün faktorlardandır. Kişinin xəyanət münasibətləri haqqında həyat yoldaşına danışması da, hörmətsizlik hesab olunmaqla yanaşı, kişinin xəyanətinə göz yummamaq üçün başlıca səbəblərdəndir. Səbrin də bir həddi var".
Elnay Rəhimovun sözlərinə görə, xəyanəti bağışlamaq onun miqdarından, kişinin qadınına və övladlarına münasibətindən asılı olaraq dəyişir:
"Kişi ailəsinə gözəl formada diqqət etsə belə, çoxsaylı xəyanətləri bağışlanılmamalıdır. Çoxsaylı xəyanət məqamlarında qadının psixikasının pozulması nəticəsində həyatdan zövq ala bilmədiyi üçün kişini bağışlaması doğru deyil. Xəyanəti bağışlamaq onun miqdarından, kişinin qadınına və övladlarına münasibətindən asılı olaraq dəyişir".
O, fikirlərinə bu cür davam edib:
"Psixi pozuntu totallıq, davamlılıq və sosial-dezadaptasiya olmaqla özünü göstərir. Birincidə psixoloji problem insanın həyatının bütün sferalarına təsir edir. Məsələn, qadın xəyanətlə üzləşirsə, hər getdiyi məkanda, işlədiyi yerdə, istirahət zamanı bunu düşünməsi totallıqdır. Davamlılıq isə 24 saat ərzində, ən azı 10-12 saat bu fikirlərin insanı məşğul etməsidir. Üçüncü isə insanın həyata uyğunlaşa bilmədiyinə dəlalət edir. Yəni, işini, vəzifəsini doğru-dürüst yerinə yetirə bilmir".
Həkim sonda bağışlamağın psixi aspektinə də toxunub:
"Bağışlamağın bütün hallarda duyğularla heç bir əlaqəsi yoxdur. Bir insanın digər insana qarşı hissləri dəyişməyə, amma onu bağışlaya bilər. Bağışlamaq şüurlu şəkildə verilmiş obyektiv bir qərardır. Müəyyən anlarda insanın insana rəhm etməsi, özünü digərinin yerinə qoymasıyla bağışlaması əslində bağışlamaq deyil. Bu, insanın özünə elə gəlir. Bu, empatiyadır. Yəni başqasını hiss edə bilməkdir. Amma bağışlamaqda özünü kiminsə yerinə qoymaq yoxdur. Konkret olaraq insan anlayır ki, məsələ belədir. Məsələn, şir insanı görsə, parçalayar. Biz onu öz yerimizə qoymuruq. Şirin təbiətinin belə olduğunu bilirik. Bu baxımdan bağışlamağın heç bir şəkildə, istisnasız, heç bir hisslə əlaqəsi yoxdur".
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2022, 23:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər